Dünyada ilk dəfə 16 GB-lıq RAM-ı əldə edəcək smartfonun adı məlum oldu

Dünyada ilk dəfə 16 GB-lıq RAM-ı əldə edəcək smartfonun adı məlum oldu

Texnologiya
10.01.2020 PAYLAŞIM

    Smartfon istehsalçıları tez-tez öz cihazlarına yüksək göstəricili RAM-lar quraşdırırlar. Lakin bütün dünyada məşhur olan şirkətlərdən biri daha da irəli getmək qərarını verib. Yeni məlumata əsasən məşhur şirkətin gamer smartfonu 16 GB-lıq RAM ilə təchiz olunacaq. Bu barədə 4pda saytı xəbər verib. Məşhur hindistanlı insayder Sudhanshu Ambhore, Xiaomi Black Shark 3 5G smartfon modeli barəsində məlumat təqdim edib. İnsayderin məlumatlarına əsasən dünyada ilk dəfə məhz bu smartfon 16 GB-lıq RAM-ı əldə edəcək.

    Sözügedən smartfon Çinin MIIT adlı nizamlayıcı orqanın saytında Shark KLE-A0 seriya nömrəsi ilə ortaya çıxıb. Yüksək RAM göstəricisindən əlavə olaraq Black Shark 3-ün sahib olacağı daha bir üstünlük də 5G şəbəkə dəstəyi olacaq. Hələ bir neçə müddət bundan öncə Xiaomi təmsilçilərindən biri qeyd etmişdi ki, 5G şəbəkə dəstəkli gamer smartfonu artıq hazırdır və o hal hazırda şirkət daxilində testlərdən keçir. Black Shark 3 5G smartfon modelinin nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Apple AirDrop texnologiyasının Google-dan olan analoqunun videosu ortaya çıxıb (..

Son aylarda internetdə Android əməliyyat sistemli smartfonlar arasında faylların ötürülməsi funksiya..


LG şirkəti LG G flaqman smartfon seriyasından imtina edə bilər

Bu ay Las Veqasda keçirilmiş CES 2020 sərgisində LG şirkətinin rəhbəri qeyd etmişdi ki, LG şirkəti m..


Qatlana bilən Motorola RAZR smartfonunun daha bir versiyası hazırlanır

Qatlana bilən Motorola RAZR smartfonu hələ satışa çıxmayıb, lakin şirkət artıq onun daha bir versiya..


Qatlana bilən Galaxy Fold 2 barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti bu il 3 ədəd yeni qatlana bi..


Motorola Edge+ flaqman smartfon modelinin ilk render fotosu təqdim olundu

Bir neçə gün bundan öncə biz xəbər vermişdik ki, Motorola şirkəti Edge+ adlı flaqman smartfon modeli..


AMD, notbuklar üçün ən güclü prosessorları istehsal edir: Ryzen 7 4800 H vs İnte..

AMD, yeni Ryzen 4000 ailəsini notbuklara gətirir. Testlərə görə i7-9700K prosessorlarından daha gücl..