main-post-cover

    Dünyada ilk dəfə 3D printer vasitəsilə tam funksional süni ürək yaradıldı (VİDEO)

    16.04.2019
    Farid Pardashunas
        İsraildən olan alimlər insan hüceyrələrindən istifadə edərək 3D printer vasitəsilə ilk funksional ürəyi yaradaraq regenerativ tibdə inqilab yaratdılar. Yaradılmış süni ürək ölçü baxımından əsl insan ürəyindən hələki balacadır. Lakin alimlər əmindirlər ki, bu üsul gələcəkdə insanların transplantasiyadan asılılıqlarını aşağı salacaq. Bu barədə Hightech.plus saytı xəbər verib. İndiyənə kimi alimlər yalnız ürəyin bəzi hissələrini və ya qan damarlarına sahib olmayan toxumaları yarada bilirdilər.
        Süni ürək Tel-Aviv Universitetinin tədqiqatçıları tərəfindən yaradılıb. Yaradılmış süni ürək tam funksionaldır. Bununla yanaşı o, insanın yağ hüceyrələri əsasında yaradılıb. Həmin yağ hüceyrələri ilk növbədə gövdə hüceyrələrinə çevrilib, daha sonrakı mərhələdə isə gövdə hüceyrələri ürək əzələləri hüceyrələrinə və endotelial hüceyrələrə çevriliblıər. Bu üsulla yaradılmış süni ürək əsl insan ürəyinin immunoloji, biokimyəvi və anatomik özəllikləri ilə eynidir. Alimlərin sözlərinə əsasən bu, insan orqanizminin hansısa orqanı qəbul etməmək riskinin aradan qaldırılması yolunda vacib addımdır.Hal hazırda yaradılmış süni ürək ölçü baxımından çox kiçikdir. Hazırki mərhələdə onu məsələn dovşana transplantasiya etmək olar. Lakin insan üçün nəzərdə tutulmuş böyük ölçülü insan ürəyinin yaradılması üçün sadəcə olaraq bu texnologiyanı irimiqyaslı etmək lazımdır. Bu isə zaman məsələsidir. Hal hazırda bu layihə üzərində çalışan mütəxəssislər heyvanlar üzərində tədqiqat aparmağı planlaşdırırlar. Mütəxəssislər əmindirlər ki, bu texnologiya öz üstünlüyünü sübut edəcək və o, nadir olan donor orqanlarının alternativi olacaq. "Bəlkə də 10 ildən sonra xəstəxanalarda tam funksional orqanların yaradılması üçün nəzərdə tutulmuş xüsusi printerlər olacaq" - deyə mütəxəssislərdən biri qeyd edib.
    Linki kopyala