Dünyada milyonlarla smartfon gizli şəkildə kriptovalyuta mayninq edir

Dünyada milyonlarla smartfon gizli şəkildə kriptovalyuta mayninq edir

Texnologiya
13.02.2018 PAYLAŞIM

Smartfonlar kompüterlər kimi hack olunaraq gizli mayninq prosesi baxımından həssasdırlar.

Bəzən smartfonlarda bu proses daha da irimiqyaslı olur. “Malwarebytes” şirkətinin mütəxəssisləri Monero kriptovalyutasının mayninq olunması üçün milyonlarla Android smartfonlarından istifadə etmiş hackerlərdən danışıb. Zərərli koda sahib tətbiqlər istifadəçiləri brauzer vasitəsilə kriptovalyuta mayninq edən xüsusi saytlara yönləndirib.



Həmin saytlarda istifadəçilərə internetdə şübhəli aktivliklərə görə onları günahlandıran reklam bannerləri göstərilir. İsmarışda qeyd olunur ki, mayninq prosesi istifadəçinin robot olmadığını təsdiqləməyincə dayandırılmayacaq. Nəticədə smartfonun prosessoru yüklənir və qızmağa başlayır. Bu prosesin qurbanlarının dəqiq sayları bilinmir. Lakin onlar milyonlarladır. Şirkət aylıq 30 milyon və ya aylıq 800.000 girişə sahib bir neçə bu cür sayt aşkar edib.


Hətta baxmayaraq ki, istifadəçilər ortalama mayninq prosesində 4 dəqiqə iştirak edirdilər, onların saylarının çox olduğunu nəzərə alsaq bu böyük nəticədir. Mütəxəssislər Android smartfon istifadəçilərinə web filtrlərdən və təhlükəsizliyin təmin olunması üçün proqram təminatlarından istifadə etməyi məsləhət görürlər. Həmin zərərli saytların tam siyahısı ilə burdan tanış olmaq olar. Əgər sizin smartfonunuz qızmağa və ləng çalışmağa başlayıbsa heç istisna deyil ki, smartfon sizin üçün çalışmır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Jeff Bezos-un Blue Origin şirkəti Orbital Reef adlı orbital kosmik stansiyasını ..

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti Orbital Reef adlı özəl orbital kosmik stansiyanın yarad..


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..

×