
Dünyanı dəyişəcək 5 texnologiya
Elm & Texnologiya
15.11.2017
Emil
New York Times biz insanları elmi
fantastik film personajlarına çevirə biləcək yeni texnologiyaların siyahısını tərtib
edib. Həmin siyahını sizlərə təqdim edirik.
1. Səhiyyə sahəsində süni zəka:

Neyron şəbəkələr tibbi xidmət
sistemində əsl inqilab yarada bilərlər. Dərinləşdirilmiş təlim süni zəkaya MRT
(Maqnit Rezonans Tomoqrafiyası) və rentgen təsvirləri sayəsində xəstəliklərin
diaqnostikasına imkan verir. Məsələn kompüter tomoqrafiyası təsvirlərini analiz
edərək süni zəka ağciyər xərçənginin diaqnozunu təyin edə bilər. Bu cür
texnologiyalar əsasən ixtisaslı həkimlərin az olduqları regionlarda əlverişlidir.
“Google” şirkəti artıq Hindistanda bu cür texnologiyaların ilk mərhələsini işə
salır. Bundan əlavə olaraq yaxın zamanda süni zəka əczaçılara yeni dərmanların
yaradılmasında və onların necə insan orqanizminə təsir etməsinin müşahidəsində
yardımçı olacaq.
2. Kompüter ilə söhbət:

Bir neçə müddət bundan öncə
Vaşinqton Universitetinin professoru Luke Zettlemoyer bildirmişdi ki, şifahi
nitqin təyin olunması texnologiyaları sahəsində irəliləyiş baş verib. Yaxın
zamanda insanın təkcə spesifik səs əmrlərini deyil, həmdə adi danışıq nitqini
başa düşəcək cihazlar yaradılacaq. Bu sahədə ən böyük irəliləyişi məhz “Google”,
“Facebook” və “Microsoft” şirkətləri əldə ediblər.
Onlar söz veriblər ki, yaxın
zamanda bizim telefon və istənilən digər cihazla ünsiyyət anlayışımızı
tamamilə dəyişəcəklər. Buna oxşar layihə ilə Replika adlı startap məşğul olur.
Belə ki, o, özünüzü yalnız və ya kefsiz hiss etdiyinizdə sizə dəstək verəcək
çatbot yaradıb. Ola bilər ki, müəyyən vaxtdan sonra “Amazon” şirkətinin Alexa
adlı səsli köməkçisi tam şəkildə həmsöhbət şəxsə çevriləcək və onunla adi insan
kimi dialoq qurmaq mümkün olacaq.
3. Fikirlərin oxunması:

Bəziləri düşünür ki, gələcək, səsli
köməkçilərdə deyil, kompüterlə fikir ünsiyyətindədir. Neurable adlı startap hal
hazırda insanın öz personajını fikir gücü ilə idarə etmək üçün
elektroensefaloqrafiyadan istifadə edən oyun hazırlayır. Təbii ki, hər dəfə
kompüter arxasına keçib çalışmaq üçün başa elektrodlar taxmaq heç də rahat bir
özəllik deyil. Lakin “Facebook” düşünür ki, bu texnologiyanı təkmilləşdirmək və
optik ötürücülərə sahib olan daha güclü sistemlər yaratmaq mümkündür
Bu isə o
deməkdir ki, əl ilə klaviaturada çap olunan mətndən fərqli olaraq fikir gücü ilə
həmin mətni 5 dəfə daha tez çap etmək mümkün olar. Bu barədə Elon Musk daha
qabağa gedərək başa implantlaşdırılmış çip sayəsində beyin
impulslarının təyin edilməsini təklif edib. İlk öncə bu texnologiyanın fiziki
qüsurlu insanların həyat şəraitlərini yaxşılaşdırmaq üçün istifadə etmək
planlaşdırılır. Əgər texnologiya uğurlu olsa, onda bu çipləri istənilən şəxsə
quraşdırmaq olacaq.
4. Uçan avtomobillər:

“Kytty Hawk”, “Joby Aviation”, “Uber” və
“Airbus” kimi şirkətlər
şəhər mühitində uçan aparatların yaradılması üzərində çalışırlar. Dizaynerlər həmin
aparatların müxtəlif forma və ölçülərinin konseptlərini hazırlayırlar. Lakin
onların hamısının çalışma prinsipi eynidir. Yəni sürücüyə avtomobilin,
vertolyotun və kiçik təyyarənin birləşdirilmiş hibridi təqdim olunacaq. Təbii
ki, uçan avtomobillərin irimiqyaslı şəkildə yayılması üçün investorları razı
salmaq lazım olacaq. Müxtəlif ölkələrin dövlət orqanları isə hava hərəkəti
qaydalarını tərtib etməli olacaqlar.
5. Kvant kompüterləri:

Kvant kompüterlərinin yaradılışı
bəlkə də insanlığın ən mühüm problemlərinin həll olunmasını söz verir. Yeni dərman
ixtiralarının sürətlənməsi, maliyyə bazarlarının və nəqliyyat sisteminin
optimallaşdırılması və s. Hal hazırda kvant kompüterləri ilə bir problem var. Onları
qurmaq çox çətindir. Lakin “Google”, “IBM” kimi şirkətlər və Rigetti Computing
kimi startaplar bu texnologiyanın inkişafı üçün hər il külli miqdarda vəsait xərcləyirlər.
Lakin məhz kvant kompüterləri bitcoin və digər kriptovalyutaları məhv edəcəklər.
Bu cür nəticəyə Sidney Texnoloji Universitetinin alimləri gəliblər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
