Dünyanı məhv etməyə qadir 6 irimiqyaslı texnoloji hadisə

Dünyanı məhv etməyə qadir 6 irimiqyaslı texnoloji hadisə

Texnologiya
19.10.2017 PAYLAŞIM

2017-ci ildə texnologiyalar bizə daha çox yaşamağa, təqaüdə kimi sağlam qalmağa və evdən çıxmayaraq dünyanın ən yaxşı universitetlərində təhsil almağa imkan verir. Süni zəka və genomun redaktə edilməsi kimi texnologiyalar isə gələcəkdə həyatı daha da yaxşı edəcəklər. Lakin yüksək texnologiyalar heç də həmişə yaxşılıq gətirmirlər.

Digital Trends nəşriyyatı irimiqyaslı texnoloji fəlakətlərin 6 mümkün ssenarisini təqdim edib. Fransız filosof Paul Virilio bir dəfə belə söyləmişdi:


“Gəmini ixtira etmiş şəxs, gəminin batmasını da ixtira edib. Texnologiyanın nə dərəcədə mükəmməl olmasının heç bir əhəmiyyəti yoxdur. Bir gün nəsə yolunda getməyə bilər”.

Süni zəka idarəetmədən çıxa bilər:

İnsan təkamülü bioloji çərçivələrlə əhatə olunub. Robotlar isə özlərini sonsuza qədər dəyişərək proqram təminatı və xarici quruluşu təkmilləşdirə bilərlər. Əgər süni zəkanın imkanları, insanın imkanlarından bir qədər üstün olsa, onda bizi super zəka və texnoloji sinqulyarlığın yaranması gözləyir. Robotların inkişafı daha da irəli getsə, insanların varoluşu təhlükə altında qalacaq. Konkret nəticələri indidən proqnoz etmək çətindir. Robotlar “Terminator” filmindəki kimi insanlara qarşı üsyan qaldıra və ya “The Matrix” filmindəki kimi insanları süni yaradılmış dünyaya hökm edə bilərlər.

Planeti boz selik udacaq:

Boz selik” termini ilk dəfə 1986-cı ildə nanotexnologiyalar sahəsinin ilk mühəndislərindən olan Eric Drexler-in “Engines of Creation” kitabında əks olunmuşdu. Öz kitabında o yazırdı: “Təsəvvür edin ki, kimyəvi maddələrin olduğu butulkada üzən nanobot öz kopyalarını yaradır. İlk nanobot öz kopyasını 1/1000 saniyə ərzində yığır. Daha sonra iki nanobot digərini 1/1000 saniyə ərzində yığır. 4 nanobot daha 4 nanobotu, 8 nanobot isə daha 8-ni yaradır. Artıq 10 saatdan sonra onların sayı 36 deyil, 68 milyarddan çox olacaq. 1 gündən az bir vaxtda onların ümumi çəkisi 1 ton olacaq. 2 gündən az bir müddətdə onların kütlələri Yer kürəsinin kütləsindən çox olacaq. Daha 4 saatdan sonra onların ümumi kütlələri Günəşdən və sistemimizdə olan bütün planetlərin ümumi kütlələrindən böyük olacaq”. Günümüzdə bu cür texnologiyalar hələki yoxdur. Lakin gələcəkdə də onların olmayacaqlarını heç kim dəqiq deyə bilməz.

Yer kürəsi resurslarının tükənməsi:

Planetin əhali çoxluğu və faydalı qazıntıların mübahisəli tapıntı üsulları ekoloji fəlakətə səbəb ola bilər. Əgər insanlıq təbiət resursların istifadəyə öz baxış tərzini dəyişməsə, onda o, suyun, havanın çirklənməsindən və ekoloji təmiz qida məhsullarının yetməməsindən məhv ola bilər. Biz sadəcə olaraq tamamilə ekoloji təmiz və bərpa oluna bilinən enerji növünə keçidi və  Marsa köçməyə vaxt çatdıra bilməyəcəyik.

Qlobal kiberhücumlar:

Kibercinayətkarlar birləşərək irimiqyaslı hücumlara başlasalar, vəziyyət daha təhlükəli hal ala bilər. Birgə səylər vasitəsilə onlar şəhərlərin su təchizatı sistemlərindəki sistem kompüterlərini elə ayarlaya bilərlər ki, içməli su ehtiyyatına zərərli kimyəvi maddələr əlavə olunsun. Onlar həmçinin bütün əlaqə şəbəkələrini ələ keçirə, ümumilikdə elektrik şəbəkəsini söndürə, dövlət orqanlarının gizli məlumatlarını internetə yerləşdirə və ya bir çox şirkətlərdən milyonlarla vəsait oğurlaya bilərlər. Bütün bu hadisələr xaos, irimiqyaslı ölüm hadisələrinə və s. kimi dəhşətli nəticələrə səbəb ola bilər.

Uğursuz elmi təcrübələr:

İsveçrədəki olan BAK (Böyük Adron Kollayder), fiziklərin, materiya və qara enerjinin təbiətini öyrənmək və digər elmi təcrübələr aparmaq üçün inşa edilmişdir. Lakin yazıçı fantastlar çox zaman uğursuz alınmış elmi təcrübələr nəticəsində insanlığın məhv olması barədə yazıblar. Buna misal olaraq BAK sayəsində bilmədən və ya bilərəkdən Yer kürəsində qara dəliyin yaradılmasını gətirmək olar. Hələ ki, kollayderlər insanlıq üçün dəhşətli bir fəlakət gətirməyiblər. Lakin adı çəkilmiş təhlükəli hadisələrin olma şansı hələ də var.

Yüksək texnologiyalı nüvə müharibəsi:

Bu hələki irimiqyaslı yüksək texnoloji fəlakətin real görünən mümkün ssenarilərindən biridir. Bizim planeti bir neçə dəfə məhv etmək üçün insanlar artıq yetəri qədər nüvə silahlarına sahibdirlər. Təkcə Rusiya və ABŞ ümumilikdə 15.000-ə yaxın nüvə silahına sahibdir. Avtonom silahlanma sistemlərinin yaradılması ilə nüvə silahlarının istifadəsi daha təhlükəli hal almağa başlayır. Elon Musk və digər İT sektor nümayəndələri hərbi robotların qadağan olunması üçün BMT-ə açıq məktub göndəriblər. Mütəxəssislər qorxurlar ki, döyüş robotları, hərbi konfliktləri daha irimiqyaslı edəcək və nüvə müharibəsinə start verəcəklər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×