
Dünyanın bütün kriptovalyutalarının qiymətlərində 20-40% düşüş var
Elm & Texnologiya
16.01.2018
Emil
Bugün günorta vaxtı dünyanın bütün əsas kriptovalyutalarının qiymətləri aşağı düşməyə başladı.
Beləliklə onların qiymətlərində 20-40% düşüş var. Keçən il bu cür hadisə 22 Dekabr tarixində də müşahidə
olunmuşdu. Həmin vaxtda da kriptovalyuta qiymətlərində 20-40% düşüş var idi.
Bugün həmin vəziyyət yenidən təkrarlanıb. Coinmarketcap-ın məlumatlarına əsasən
bitcoinin qiyməti 14.36% (11.877$) aşağı düşüb. Onun pik qiymətinin 20.000$ olduğu
vaxtdan isə kriptovalyuta 40% dəyər itirib. Bundan əlavə olaraq qrafika əsasən
bütün kriptovalyutaların qiymətlərində düşmə hiss olunur.

Sadəcə olaraq onların
düşmə sürətləri fərqlənirlər. Məsələn Ethereum son sutka ərzində 21.15%,
Cardano 25.60%, Binance Coin isə 40% aşağı düşüb. Coinmarketcap-ın məlumatına əsasən
dünyanın 100 kriptovaltyutasından heç biri qiymət artımında yaxşı nəticə göstərə
bilmir. Kriptovalyuta bazarının kapitalizasiyası isə 830 milyard dollardan 570
milyard dollara kimi enib. Mütəxəssislər bunu Cənubi Koreya və Çin ilə əlaqələndirirlər.
Belə ki, sadalanmış ölkələr kriptovalyuta dövriyyəsini və onun tapılmasını məşhdudlaşdırırlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
