main-post-cover

    Dünyanın ən bahalı ağ-qara şəkil çəkən kamerası: Leica M10 Monochrom

    Elm & Texnologiya
    22.01.2020
    Nijat Hamid
            Leica şirkəti istehsal etdiyi kamera və kamera sensorları ilə ekosistemdə keyfiyyət baxımından seçilən bir marka halını alıb. Adını daha çox Huawei P seriyası telefonlardakı kamera sensorları ilə eşitsək də bu gün istehsal etdiyi və dünyanın ən bahalı monoxrom (ağ-qara) kamerasından bəhs edəcəyik.

    9.434 Dollara satışa çıxarılan M10 MonoChrome dünyanın ən bahalı ağ-qara şəkil çəkə bilən kamerasıdır.

            İlk öncə qeyd edək ki, bu cihazın 40 MP-lik sensoru var. Bu sensor xüsusilə monoxrom olaraq hazırlanıb. Yəni rəngli şəkillər çəkmək istəyirsinizsə, bu kamera sizə görə deyil. Professional çəkilişlər üçün nəzərdə tutulan kameranın 160 ilə 100.000 arasında İSO dəyərləri var. Həmçinin bu qədər geniş aralıqda İSO dəyəri olan ilk kameradır. Bu səbəbdən çəkilən hər şəkildə mükəmməl dərəcədə kəskinlik əldə etmək mümkün olur. M10 Monochrome öz seriyasının ən səssiz cihazıdır. Şəkil çəkdiyiniz zaman cihazdan çox az bir səs çıxır. Kameranın gövdə dizaynına baxdıqda sağlam hazırlandığını demək mümkündür. Qiymətinə yaraşan bir modeldir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər