Dünyanın ən bahalı brendlərinin reytinqi tərtib olunub

Dünyanın ən bahalı brendlərinin reytinqi tərtib olunub

Texnologiya
20.10.2019 PAYLAŞIM

    Böyük korporasiyalar və azad bazar dünyasında hər şey həmişə gəlib pulun üzərinə düşür. Buna görə də ən yaxşı brendi onun bazar dəyərinə görə seçmək lazımdır. Beləliklə Interbrand adlı konsaltinq şirkəti 2019-cu il üzrə dünyanın ən bahalı şirkətlərinin reytinqini tərtib edib. Siyahıdakı liderlər isə hamı tərəfindən tanınan məşhur texnoloji şirkətlərdir. Bu barədə Interbrand.com saytı xəbər verib.


    2019-cu ildə Interbrenad konsaltinq şirkəti Apple şirkətinin dəyərini 234.241 milyard dollar, Google şirkətinin dəyərini isə 167.713 milyard dollar qiymətləndirib. Beləliklə 2018-ci il ilə müqayisədə Apple şirkəti öz dəyərini 9%, Google şirkəti isə öz dəyərini 8% yüksəldə bilib. Üçüncü yerdə Amazon şirkəti qərarlaşıb (125.265 milyard dollar). 1 il ərzində Amazon şirkətinin dəyəri 24% yüksəlib. İlk onluqda Amazon şirkətindən sonra Microsoft, Coca-Cola, Samsung, Toyota, Mercedes Benz, McDonalds Disney şirkətləri qərarlaşıblar.

    Disney şirkəti isə öz növbəsində Facebook-u öz əvvəlki yerindən kənarlaşdırıb. Beləliklə məşhur sosial şəbəkə 12% dəyər itirərək 14-cü yeri tutub. 1 il ərzində sürətli yüksəliş nəticəsini MasterCard sərgiləyib. Belə ki, şirkət 1 il ərzində öz dəyərini 25% yüksəldib. Maraqlısı ondadır ki, bir neçə illik aradan sonra bu siyahıya Dell şirkəti qayıdıb və birdən-birə 63 yeri tutub. Sözügedən siyahının yeni təmislçisi isə Uber şirkəti olub. O, 87-ci yerdə qərarlaşıb.



DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×