
“Ağıllı” funksiyalara sahib olmayan adi telefonlar hələ də istehsal olunur və onlara yüksək tələbat var.
Bununla yanaşı təkcə zəng etmək üçün nəzərdə tutulmuş adi telefonların üzərində də bir sıra təcrübələr aparılır. Beləliklə “Clubit New” adlı şirkət dünyanın ən balaca telefonu olan Zanco Tiny T1-i təqdim edib. Bu telefon vasitəsilə yalnız zəng etmək və ismarış göndərmək olur. Onda oyun, tətbiqlər, internet və təqvim kimi funksiyalar yoxdur. Bununla yanaşı o, klaviatura və 12 mm enliyə sahib monoxrom ekranla təchiz olunub. O yalnız nano SIM kart vasitəsilə ikinci nəsil şəbəkələrdə çalışır.
iPhone 7 hansı ölkələrdə, hansı qiymətə satılır?
Telefonun çəkisi isə cəmi
13 qramdır. Bir dəfə şarj olunandan sonra o, 3 gün ərzində gözləmə rejimində ola
bilər və ya 180 dəqiqəlik danışıq üçün istifadə oluna bilər. Telefon microUSB
giriş vasitəsilə şarj olunur. Onun kontaktlar kitabçasında 300 telefon nömrəsi
yazmaq olar. Həmçinin o, 50 SMS və 50 zəngin qəbul olunması üçün yaddaşa
sahibdir. Telefon 32 MB RAM, 32 MB daxili yaddaş və 13 ədəd zəng musiqisi ilə təmin
olunub. Onun qiyməti isə 40$ təşkil edəcək. Telefonun gələn ilin May ayında
satışa çıxması planlaşdırılır.
Şərh yoxdur