main-post-cover

    Dünyanın ən böyük teleskopunun inşasına start verilib

    Elm & Texnologiya
    01.07.2021
    Farid Pardashunas
        Dünyanın ən böyük rəsədxanasının inşasına start verilib. Sözügedən rəsədxanada olacaq teleskop hətta Hubble teleskopundan da daha detallı kosmik fotoları təqdim edəcək. Square Kilometer Array (SKA) adlı rəsədxana dünyanın ən böyük radioteleskopu olmalıdır. Onun layihələşdirilmə prosesi son 30 il ərzində davam edib. İnşa işləri iki regionda aparılacaq: Avstraliya və Cənubi Afrika. Bu regionlarda ayrı-ayrı radioteleskop hissələri istifadəyə veriləcək. Sözügedən teleskop 70 MHz tezlikdə olan geniş diapazondakı radio siqnalları aşkar edə biləcək. Teleskopun ümumi nəzarət sahəsi isə 1 kvadrat kilometr təşkil edəcək.
        Bir böyük anten vasitəsilə çalışmaq əvəzinə sözügedən teleskop iki regionda paylanacaq dəqiq antenlər şəbəkəsindən istifadə edəcək. Rəsədxananın Cənubi Afrikanın Karu adlı səhrasında yerləşəcək SKA-Mid adlı hissəsi 197 antendən istifadə edəcək və hər bir antenin diametri 15 metr təşkil edəcək. Həmin antenlər orta tezlikli diapazonların izlənməsində istifadə olunacaqlar. Rəsədxananın, Avstraliyanın qərb hissəsində yerləşəcək SKA-Low adlı hissəsi isə 131 ədəd antendən istifadə edəcək və həmin antenlər aşağı tezlikli diapazonları izləyəcəklər.

    “Bu gün insan sivilizasiyası planetin ən böyük elmi obyektinin inşası öhdəliyini öz üzərinə götürərək daha bir böyük addım atır. Bu, bir deyil, 2 ən böyük və qəliz radioteleskopdur. Bu teleskoplar kainatın ən həyəcanlı sirlərindən bəzilərini açmaq üçün nəzərdə tutulublar” - deyə alimlər qeyd ediblər.

        Sözügedən teleskoplar çox uzaq məsafədəki obyektləri aşkar edə bilərlər. Söhbət, elə uzaq məsafədə yerləşən obyektlərdən gedir ki, hətta onların yerləşdikləri yerlərdən radiodalğaların Yer kürəsinə çatması üçün 13 milyard il vaxt lazım olardı. Bu teleskoplar kainatın ilk təkamül mərhələlərinə nəzər yetirməyə imkan verəcəklər. “Bu teleskop astrofizika, kosmologiya fundamental fizika da daxil olmaqla bir çox sahədə vacib rol oynayacaq. O, qalaktikaların təkamülü barəsində olan bəzi suallara cavab tapa biləcək və obyektlərin yaranması ilə təkamüllərinin əsasında olan ilkin materialın müşahidə olunması imkanını verəcək” - deyə alimlər əlavə ediblər. Bütün bunlardan əlavə olaraq SKA teleskopu Hubble-dan daha yüksək keyfiyyətli kosmik fotoları təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər