Logo
    main-post-cover

    Dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-si təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    20.10.2023
    Emil
         Buffalo şirkəti dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-ni təqdim edib. 5 qramm çəkiyə sahib olan bu SSD xarici görünüşcə mouse-lar üçün nəzərdə tutulmuş naqilsiz qəbulediciləri xatırladır. Sözügedən kompakt ölçülü SSD SSD-PST1.0U3-BA adını əldə edib və onun ölçüləri 14.6 x 28 x 8 mm təşkil edir. Bununla belə SSD-nin gövdəsinin böyük hissəsini USB 3.1 dəstəkli USB Type-A başlığı əhatə edir. Şirkətin sözlərinə əsasən kompakt ölçülü SSD dözümlülük baxımından MIL-STD-810H hərbi sertifikatına sahibdir. Ölçü baxımından üstünlüklərə baxmayaraq SSD çalışma sürəti mövzusunda diqqəti cəlb etmir. Belə ki, onda məlumatların oxunması sürəti saniyədə 600 MB, məlumatların yazılması sürəti isə saniyədə 500 MB təşkil edir. SSD-nin qiyməti təqribi olaraq 125$-dır.
    Paylaş
    Bənzər xəbərlər