Dünyanın ən lazımsız 20 mobil tətbiqi (Birinci Hissə)

Dünyanın ən lazımsız 20 mobil tətbiqi (Birinci Hissə)

Texnologiya
06.04.2018 PAYLAŞIM

Treadmill Finger Workout:


    Bu tətbiq əl barmaqları üçün qaçış cihazını əks etdirir. O çox sadə şəkildə çalışır. Düyməyə klik edərək öz əl barmağınızı məşq elətdirirsiniz. Online rejimdə istifadəçi öz qaçdığı məsafəni öyrənə və öz nəticələrini digər istifadəçilərlə müqayisə edə bilər. Tətbiqin yaradıcılarının fikrincə isə bu tətbiq çox faydalıdır. Onun sayəsində yemək fasiləsində və ya işdən sonra rahatlamaq olar.

Places I’ve Pooped:



    Bu tətbiq vasitəsilə istifadəçi getdiyi tualetləri xəritədə qeyd edə və beləliklə öz dostları ilə kimin ən çox tualetə getməsi üzrə yarışa bilər. Bunun üçün istifadəçinin smartfonuna bildiriş gələcək ki, onun tanışlarından biri xəritədə yeni yer təyin edib. Nəticələri həmçinin sosial şəbəkələrdə paylaşmaq imkanı da var. Android üçün bu tətbiqin analoqu Poop Map adlanır.

Pimple Popper:


    Bu tətbiqdə virtual personajların üzlərindəki sızanaqları partlatmaq lazımdır. Bəlkə də kiməsə bu zövq verir. Sızanaqları operativ şəkildə partlatmaq lazımdır. Sızanaqları nə qədər tez partlatsaz bir o qədrə çox qızıl qazanacaqsınız. Həmin qızılları isə yeni personajların alınmasında istifadə etmək olar. Android üçün bu tətbiqin analoqu Pimple Squeezer adlanır.

iBeer:

    Pivə içmək istəyirsiniz lakin bunun üçün imkanınız yoxdur? O zaman iBeer tətbiqini yükləyib dostlarınız, ailə üzvləriniz və hətta dünyanın istənilən yerindən olan tanımadığınız insanlarla pivə “için”. Tətbiqdə 4 nəfərə kimi birlikdə içki içmək, içki içəndən sonra fotolar göndərmək və səsli çatda söhbət etmək kimi funksiyalar var. İçki menyusunda həmçinin 4 növ pivə, çaxır, şampan, araq və s. kimi içkilər var. Bu tətbiq nəyə lazımdır? Cavab vermək çətindir.

Nudifier:

    Bu tətbiq “Dumb and Dumber” filminin pərəstişkarları üçündür. Öz dostunuzun və rəfiqənizin fotosunu çəkirsiniz. Məsləhətlisi odur ki, dostunuz və ya rəfiqəniz şortik, qısa ətək kimi geyimdə olsun. Daha sonra çəkilmiş fotoda kəmərdan aşağı hissəni piksellər şəklində bulanıq vəziyyətə salırsınız. Beləliklə alınmış fotoda sanki çılpaq şəxs əks olunmuş kimi hiss yaranır. Həmçinin daha da irəli gedərək fotonu hansısa jurnalın üz qabığına yerləşdirmək olar. Android üçün bu tətbiqin analoqu Nudify adlanır.

Bleep Button:



    Bu tətbiq nalayiq sözlər deməyi və söyüş söyməyi sevən şəxslər üçün nəzərdə tutulub. Əgər siz nalayiq sözü özünüzdə saxlaya bilmədiyinizi hiss edirsinizsə qırmızı düyməyə klik edirsiniz. Bu zaman tətbiq sadalanan söyüşləri televiziyada nalayiq sözlərin işlədilməsi zamanı həmin sözlərin maskalanması kimi maskalayır.

Touch Wood:


    Bu tətbiq əsl mövhumatçı şəxslər üçün nəzərdə tutulub. “Əgər nəsə pis bir şey baş versə tətbiqə daxil olaraq ekrana klik edin və touch wood tilsimini səsləndirin. Bu zaman ağac ruhları sizə daxili sakitlik gətirə bilər” – deyə tətbiqin təsvirində qeyd olunub.

SMTH:

    Bu tətbiq bekarçılıqdan bir iş görməyən lakin sinirlərini gərginləşdirmək istəyən şəxslər üçün hazırlanıb. Bu tətbiq sizin öz smartfonunuzu hansı hündürlüyə atdığınızı təyin edir. Tətbiqin yaradıcıları qeyd ediblər ki, nəticə etibarilə hansısa cihaz zərər görə bilər. Lakin kimin üçünsə SMTH tətbiqinin top-5 siyahısına düşmək daha önəmli məqsəddir.

Anti Mosquito:



    Bu tətbiq ağcaqanadlardan qorunmaq üçün nəzərdə tutulub. Belə ki, ağcaqanadları qorxutmaq üçün smartfon ultrasəslər buraxır. Lakin bu tətbiq də digərləri kimi lazımsızdır. Belə ki, tətbiqin yaradıcıları bildiriblər ki, tətbiqin təsiri isbat olunmayıb. Buna görə də bu tətbiqi zarafat kimi qəbul etmək lazımdır. Lakin buna baxmayaraq tətbiqə yazılmış rəylərdən belə qənaətə gəlmək olar ki, bəzi istifadəçilər həmin ultrasəs hesabına rahatlayıb və yuxuya gediblər. Deməli tətbiq müəyyən mənada faydalı ola bilər.

Watermelon Proper:

    Qarpızın yetişib-yetişmədiyini müəyyən etmək üçün tətbiq. Hər şey çox sadədir. Smartfonu qarpızın üzərinə qoyub bir neçə saniyə vaxt intervalı ilə smartfonu yüngülcə taqqıldadın. Problem ondan ibarətdir ki, tətbiq hətta bir qarpızın yoxlanışında da müxtəlif nəticələr təqdim edir. 



DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×