Dünyanın ən məşhur səsli köməkçilərinin reytinqi tərtib olundu

Dünyanın ən məşhur səsli köməkçilərinin reytinqi tərtib olundu

Texnologiya
19.12.2019 PAYLAŞIM

    Səsli köməkçilər smartfon və ya smart səsgücləndiriciləri idarə etməyə imkan verən rahat idarəetmə alətidir. Səsli köməkçilərin smartfon sahəsindəki liderliyi əldə etmək yolunda Apple Google da daxil olmaqla bir çox elektronika istehsalçıları öz məhsularını təqdim edirlər. Futuresource Consulting adlı analitik agentlik isə səsli köməkçilərin bütün dünya üzrə məşhurluq reytinqlərini tərtib edib. Həmin reytinq siyahıdakı səsli köməkçilərin dəstəkləndiyi cihazların sayına görə tərtib olunub.

    Bu barədə 4pda saytı xəbər verib. Beləliklə reytinqə əsasən birinci yeri cihazların dəstəklənmə sayı üzrə Siri səsli köməkçisi tutub. Bu səsli köməkçi isə Apple şirkətinə məxsusdur və Apple beləliklə səsli köməkçilər bazarının 35%-nə sahibdir. Analitiklər bu cür məşhurluğu naqilsiz AirPods qulaqlıqlarının uğurlu satışları ilə əlaqələndirirlər. İkinci yerdə Microsoft Cortana qərarlaşıb. Microsoft öz eni Xbox konsollarından Cortana-nın dəstəyini yığışdırsa da bu səsli köməkçi Windows 10 əməliyyat sistemli kompüterlər bazarında 22% göstərici ilə ikinci yeri tutur.


    Bundan əlavə oolaraq Microsoft sözügedən səsli köməkçini korporativ sahəyə və Office 365 paketinə inteqrasiya etməklə onu inkişaf etdirir. Google şirkəti öz Assistant-ı ilə üçüncü yeri, Amazon şirkəti isə Alexa səsli köməkçisi ilə dördüncü yeri tutub. Beləliklə Google şirkəti səsli köməkçilər bazarının 9%-nə, Amazon şirkəti isə 4%-nə sahibdir. 2018-ci ilə müqayisədə səsli köməkçilərin məşhurluqları 25% yüksəlib. Hal hazırda  bu texnologiyaya sahib cihazların ümumi bazar dəyəri 1.1 milyard dollar təşkil edir. Proqnozlara əsasən isə 2023-cü ildə bu göstərici 2.5 milyard dollar olacaq. Futuresource Consulting agentliyinin məlumatına əsasən yaxın gələcəkdə bir cihazda bir neçə səsli köməkçinin istifadəsi artıq normal hal alacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×