Dünyanın ən sürətli elektromobili Aspark Owl, rəsmi olaraq təqdim olundu (VİDEO)

Dünyanın ən sürətli elektromobili Aspark Owl, rəsmi olaraq təqdim olundu (VİDEO)

Texnologiya
15.09.2017 PAYLAŞIM

Frankfurt avtosalonu tədbirində Aspark Owl adlı elektrikli hiperkar təqdim olundu.

Sözügedən elektromobil, 0-dan saatda 100 km sürəti 2 saniyədən az vaxta yığır və dünyanın ən sürətli elektromobili hesab edilir. Aspark Owl, ümumi 430 at gücündə olan iki elektromühərrik ilə təchiz olunub. Bu, elektromobil üçün o qədər də böyük güc göstəricisi olmasa da, o, çox yüngül karbon gövdəyə sahibdir. Karbon gövdənin öz çəkisi 50 kq, avtomobilin çəkisi isə gövdə ilə birlikdə 850 kq təşkil edir. Elektromobilin çəkisini azaltmaq üçün iki ədəd böyük olmayan və çəkisi az olan batareyalardan istifadə olunub. Onlar tez zaman ərzində enerji yığırlar. Tam enerji ilə dolu vəziyyətdə elektromobil, 150 km yol qətt edə bilir. Aspark Owl-un çıxış tarixi və qiyməti barəsində isə heç bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, Aspark Owl-dan başqa dünyanın ən sürətli elektromobili adına digər avtomobillər də namizədlik göstərirlər. Məsələn, Tesla Model S, saatda 100 km sürəti, 2.27 saniyə, Lucid Air, 2.5 snaiyə, xarici görünüşcə Aspark Owl-a bənzəyən Nio EP9 isə 2.7 saniyə ərzində yığır.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandı..

Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırı..


Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki öz..

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun ..


Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdrag..


Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdi..

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign..


Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinq..

Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ib..


Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdi..

Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək.

×