Dünyanın ən sürətli superkompüteri istifadəyə verilib

Dünyanın ən sürətli superkompüteri istifadəyə verilib

Texnologiya
15.03.2021 PAYLAŞIM

    Rəsmi olaraq Yaponiyanın keçən il təqdim edilmiş Fugaku adlı superkompüteri sonunda işə salınıb. Beləliklə mütəxəssislər onun gücündən öz tədqiqatlarında istifadə edə biləcəklər. Bura həmçinin COVID-19-un müşahidə olunması və virusa qarşı effektiv dərmanın tapılması da daxildir. Fugaku superkompüterinin yaradılmasına 2014-cü ildə start verilmişdi. 7 illik hazırlanma mərhələsindən sonra Yaponiyanın Riken adlı elmi tədqiqat institutu Yer kürəsinin ən sürətli sistemini işə salmağa nail olub.

Sözügedən superkompüter 442 petaflops gücə sahibdir. Bundan əlavə olaraq o, ARM prosessorlar əsasında hazırlanıb və planetin ən sürətli superkompüterləri reytinqinin birinci pilləsində qərarlaşıb.

    Fugaku-nun 432 ədəd blokunun quraşdırılması keçən ilin may ayında yekunlaşmışdı. Yerdə qalan müddət ərzində isə koronavirusun özəllikləri barəsində tədqiqatlara yönəlmiş irimiqyaslı testlər keçirilmişdi. Hal hazırda superkompüter unikal tapşırıqların öhdəsindən gəlmək üçün işə hazırdır. Yaponiyanın informasiya elmləri və texnologiyaları üzrə tədqiqat təşkilatı (RIST) artıq 74 aparıcı layihəni təsdiqləyib və gələn aydan başlayaraq superkompüter həmin layihələr üzrə fəaliyyətinə start verəcək.


    Gözləntilərə əsasən yüksək güc ilə təkmilləşdirilmiş süni zəka sisteminin kombinasiyası sayəsində Fugaku superkompüteri yeni dərman preparatlarının kəşf edilməsi, iqlim dəyişikliklərinin öncədən təyin edilməsi, daha effektiv materiallar ilə batareyaların yaradılması kimi sahələrə öz töhfəsini verərək fundamental elmin sərhədlərini genişləndirəcək. Superkompüter üzərində aparılmış ilk testlər müsbət xarakter daşıyırlar. Belə ki, o, koronavirus prosesinin orqanizmdə yüngül şəkildə keçməsinə yardımçı olan dərmanları təyin edə bilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×