Dünyanın hack edilmə ehtimalı yüksək olan ölkələr açıqlandı. Azərbaycan siyahıda neçənci sıradadır?

07.07.2017 0 PAYLAŞIM 1527 OXUNMA

Hər kəsə məlumdur ki, texnologiyanın inkişafı bərabərində heç gözləmədiyimiz təhlükələri də gətirir. İnternet istifadəçilərinin sayının artması, güvənsiz bağlantılar, pirat məhsullardan istifadə və ölkələrdə "HTTPS" bağlantısının az istifadə olunması, son bir neçə ildə internetdə zərərli hərəkətlərin baş verməsinə səbəb olub. "DDOS" hücümlar, zərərli trojanlar və cihazlara edilən müdaxilələr günü-gündən artmaqdadır. Belə olan halda həm qlobal həm də lokal səviyyədə ölkələr bu problemin aradan qaldırılması üçün beynəlxalq təşkilatlarla bir araya gəlib, mümkün həlləri müzakirə edirlər.

"Rapid7" ənənəvi olaraq bu il də məşhur "National Exposure Index"i açıqlayıb. 2017-ci il üçün açıqlanan ineksdə ölkələrin internet təhlükəsizliyi haqda ciddi məlumatlar yer alır. Sözügedən indeks il ərzində 183 ölkədə internetin vəziyyətini əks etdirən hesabatdır. Hesabatda ölkələrdə açığı olan cihazlar, HTTPS, SSH, SMTPS kimi protokolların istifadə vəziyyəti və kiber hücümlara uyğunluğu qeyd olunur.

"Technote.az"- ın əldə etdiyi hesabata əsasən təhlükəli hesab edilən ilk 50 ölkə arasına Azərbaycan da daxil ola bilib. 50-ci sırada yer alan Azərbaycanda, "Rapid7"nin məlumatına görə toplam 755,712 IPV4 protokollu istifadə edilir. Qardaş Türkiyə isə siyahıda 13-cü yerdədir. İlk 3 pillədə isə ardıcıl olaraq Zimbabve, Hong Kong, Samoa qərarlaşıb.

Hesabata əsasən Azərbaycanda "HTTP-HTTPS" müqaisəsində 77.83% şifrələnməmiş kanallardan istifadə olunur.