
“British Condoms” şirkəti özünün i.Con adlı “ağıllı” qoruyucusunun fotolarını təqdim edib.
O, qolbaq şəklində adi fitnes tracker formatında hazırlanıb, lakin digər göstəriciləri təyin edir. i.Con cihazı əslində tam olaraq bir qoruyucu deyil, O, qoruyucunun üzərinə taxılan üzük formasında olan cihazdır. Cihazın daxilində cinsi əlaqə zamanı fiziki aktivlikləri təyin edən ötürücülər və çiplər var.
Sözügedən cihaz cinsi əlaqənin müddətini, hərəkətlərin intensivliyini və sürətini, daha çox istifadə olunan cinsi əlaqə pozalarını, cinsi orqanların temperaturunu və bu proses ərzində itirilmiş kalori miqdarını təyin edə bilir. Əlavə funksiya kimi cihaz həmçinin cinsi əlaqə partnyorunun cinsi yolla keçə biləcək xəstəliklərə sahib olub-olmadığını da xəbər verə bilir.
Lakin cihazın yaradıcıları hələ tibbi lisenziya almadıqları üçün onu tibbi cihaz adlandırmaq olmaz. Xarici görünüşcə i.Con tamamilə adi fitnes qolbağa bənzəyir. O, güclü dartılamaya dözümlü xüsusi rezindən hazırlanıb. Onun korpusunda hər hansı bir düymə yoxdur. Korpus yalnız şarj indikatorlarından və şarj prosesi üçün girişdən ibarətdir.
Cihazın korpusu həmçinin IP68 standartı üzrə sudan və tozdan qorunmaya sahibdir. Şirkətin məlumatına əsasən bir dəfə şarjdan sonra i.Con 6 saat çalışma özəlliyinə sahibdir. İstənilən fitnes tracker cihazı kimi i.Con da məlumatların ötürülməsi üçün smartfona Bluetooth vasitəsilə qoşulur.
Smartfondakı tətbiq isə öz növbəsində cinsi əlaqə həyatının statistikasını göstərir və ən əlverişli cinsi əlaqə pozalarının seçilməsində istifadəçiyə yardım edir. Bununla yanaşı istifadəçi öz nailiyyətlərini digərləri ilə anonim və ya açıq şəkildə paylaşa bilər. Bu “ağıllı” qoruyucu hələ bu ilin Mart ayında anons olunmuşdu. Həmin vaxtda cihazın necə görünəcəyini heçkim bilmirdi. Cihazın anonsu ilə yanaşı “British Condoms” şirkəti məhsula ön sifarişlərin yığılmasına da başlamışdı. Lakin cihaz hələ də satışa çıxmayıb. Onun qiyməti isə 80$ civarında olacaq.
Şərh yoxdur