Logo
    main-post-cover

    Dünyanın ilk blockchain smartfonu Sirin Labs Finney təqdim olundu

    Elm & Texnologiya
    26.09.2017
    Emil
    Keçən il, qiyməti 14000$ olan və kiberhücumlardan qorunan mobil telefon təqdim etmiş “Sirin Labs” şirkəti, dünyanın ilk blockchain smartfonunu anons etdi.
    Qeyd etmək lazımdır ki, blockchain, məlumatların bütün şəbəkə istifadəçilərinin kompüterlərində yerləşən, paylaşdırılmış məlumat bazasıdır. Anons olunmuş blockchain smartfon, Finney adını alıb. Yəni, smartfon, məşhur kriptoqraf və bitcoinin ilk istifadəçilərindən biri olan Hal Finney-in şərəfinə adlandırılıb. Sirin Labs bildirib ki, bu, dünyada olan ilk kriptovalyuta smartfonudur.

    Bu cihaz, “IOTA” şirkətinin Tangle texnologiyası əsasında hazırlanmış azad blockchain şəbəkə əsasında çalışacaq. Şəbəkə, valyuta kimi SRN tokenindən istifadə edərək tranzaksiya proseslərinin önünə maneələr çıxaran mərkəzləşdirilmiş şəbəkə və mining mərkəzləri olmadan çalışacaq. Smartfonu isə yalnız SRN vasitəsilə almaq mümkün olacaq və o, Sirin əməliyyat sistemi vasitəsilə çalışacaq.
    Bu əməliyyat sistemi isə ilk növbədə kriptovalyuta portmanatları və təhlükəsiz mübadilə servislərinin dəstəklənməsi üçün yaradılıb. Smartfonun texniki göstəricilərinə gəldikdə isə o, 5.2 inç QHD ekran, 8 GB RAM, 256 GB daxili yaddaş, 16 MP-lik arxa və 12 MP-lik gniş bucaqlı ön kmaera ilə təchiz olunub. Sirin Labs Finney, 999$ qiymətinə satılacaq.
    Paylaş
    Bənzər xəbərlər