
Dünyanın ilk çərçivəsiz 8K QLED televizoru təqdim olundu: Samsung Q950TS
Elm & Texnologiya
06.01.2020
Nijat
Samsung istehsal etdiyi smart TV-lər ilə ekosistemdə ciddi bir yer tutur. Koreyalı şirkət bu səfər dünyada bir ilki reallaşdırdı. Samsung 99%-lik gövdə/ekran nisbətinə malik və çərçivəsiz deyə biləcəyimiz 8K QLED ekrana malik televizoru Q950TS modelini təqdim etdi. Şəkillərdən göründüyü kimi televizorun sadəcə alt hissəsində çox incə bir çərçivə var.
Samsung Q950TS modelində maşın öyrənmə alqoritminə malik süni zəka dəstəyi var. Beləliklə hər görüntü effektini itirmədən 8K ölçülərinə çevrilə bilir.

Bütün bu funksiyalara baxmayaraq Samsung Q950TS smart televizorunun nə vaxt satışa çıxacağı və hansı qiymətlə satılacağı bəlli deyil. Lakin nəzərə alsaq ki, bu qədər dolu-dolu funksiyaları olan bir cihaz olacaq, qiyməti də ona uyğun olaraq çox baha olacaqdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
