Dünyanın ilk əyilə bilən smartfonu təqdim olundu (VİDEO)

Dünyanın ilk əyilə bilən smartfonu təqdim olundu (VİDEO)

Texnologiya
31.10.2018 PAYLAŞIM

    Çinin rəngli ekranların istehsalı və tədqiqatları sahəsində lider şirkətlərindən biri olan Rouyu Technology dünyanın ilk əyilə bilən smartfon modelini təqdim etdi. FlexPai adlı bu cihazın əsas ideyası ondan ibarətdir ki, o, istənilən an əyilərək smartfon formasını alan böyük ekrana sahibdir. Açıq şəkildə FlexPai 7.8 inç ekrana sahib olur və dizayn baxımından planşeti xatırladır. Bu cür formatda onun vasitəsilə oyunlar oynamaq, videolar izləmək və ya elektron kitab oxumaq çox rahat olur.


Bənzər xəbər


    Əyilmiş vəziyyətdə isə o, 4 inç ekrana sahib olur və adi smartfonu xatırladır. Qeyd etmək lazımdır ki, əyilə bilən ekran qalın çərçivələr ilə əhatə olunub. Şirkətin verdiyi məlumata əsasən bu cihaz 200.000 dəfədən çox əyilməyə tab gətirə bilir. Cihaz Water OS adlı interfeys əsasında Android əməliyyat sistemi vasitəsilə çalışır. Əməliyyat sistemi isə öz növbəsində ekran ölçülərinin dəyişimini dəstəkləyir və iki ekranda çalışmaq üçün adaptasiya olunur. Məsələn əyilmiş formada ekranlardan birində bir tətbiqi, digər ekranda isə tamamilə başqa bir tətbiqi işə salmaq mümkündür.


    FlexPai Snapdragon 800 seriyasının bilinməyən prosessoru, 6/8 GB RAM, 128/256/512 GB daxili yaddaş və 16 MP + 20 MP ikili kamera ilə təchiz olunub. Bununla yanaşı smartfon sürətli enerji yığma texnologiyasını da dəstəkləyir və onun sayəsində 1 saat ərzində 80% enerji yığa bilir. Dünyanın ilk əyilə bilən smartfon modeli FlexPai məhdud sayda satışa çıxacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 1290$, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 1433$, 8 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 1864$ qiymətinə satılacaq. FlexPai sabahdan etibarən Çində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×