Dünyanın ilk Mini LED texnologiyalı notbuku CES 2020 sərgisində təqdim olunacaq

Dünyanın ilk Mini LED texnologiyalı notbuku CES 2020 sərgisində təqdim olunacaq

Texnologiya
26.12.2019 PAYLAŞIM

        MSİ notbuk istehsalçıları arasında özünə məxsus yerə malik bir şirkətdir. 7 yanvarda başlayacaq CES 2020 sərgisində MSİ fərqlilik edərək dünyanın ilk Mini LED ekran texnologiyasına malik notbukunu təqdim edəcək. Creator 17 adlanan model fərqli ekran ilə istifadəçilərin qarşısına çıxacaq.

Creator 17 notbuku 1000 nit kimi nəhəng ekran parlaqlığı dəyərinə malikdir və DCI-P3 rəng aralığını 100% olaraq tam şəkildə dəstəkləyəcək.


        DCI-P3 rəng aralığı Amerika film sektorunda istifadə edilən bir standartdır. MSİ Creator 17 bu rəng aralığını tam dəstəkləyən ekrana malik ilk notbuk olacaq. Qısaca film sektorunda işləyən insanlar üçün ən ideal ekrana malikdir. Lakin bu notbukun ən fərqli tərəfi istifadə edilən ekran texnologiyasıdır. Mini LED adı verilən ekran OLED ekranlara nəzərən daha yaxşı performans verməkdən əlavə parlaqlığın insan gözünə verdiyi zərəri də maksimum dərəcə azalda bilir. Həmçinin daha sadə istehsal strukturuna malikdir. Bu notbukda ən sonuncu nəsil prosessor və videokartdan istifadə ediləcək. Amma parametrlər tam ətraflı şəkildə mediaya sızdırılmayıb. 4K HDR1000 nit parlaqlığa malik bu notbukda ən güclü videokartlardan birinin olacağı düşünülür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..

×