Logo
    main-post-cover

    Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb

    Elm & Texnologiya
    06.06.2024
    Emil
         Yaponiyanın 2020-ci ildən yarımkeçiricilər sahəsində fəaliyyət göstərən Premo adlı startapı unikal prosessor prototipini təqdim edib. Təqdim edilmiş prosessorun unikallığı ondan ibarətdir ki, o, çiplərarası naqilsiz əlaqə imkanına sahibdir. Belə ki, bu prosessorda çiplər arası məlumat mübadiləsi maqnit sahəsi prinsipinə əsaslanır. Ənənəvi çiplər bir-biriləri ilə məlumat mübadiləsi mövzusunda həmin çipləri bir-biriləri ilə birləşdirən fiziki plataya və naqillərə əsaslanırlar. Premo adlı startap tərəfindən hazırlanmış Dualibus adlı texnologiya isə bu mövzuda daha üst səviyyəyə çıxıb.
         Belə ki, bu texnologiya vasitəsilə çiplər bir-birilərinə məlumatları maqnit sahəsi əlaqəsi prinsipinə əsaslanaraq göndərə bilərlər. Hazırlanmış prototip özündə mərkəzi prosessoru, enerji blokunu və əlaqə modulunu birləşdirir. Bu komponentlər arasındakı məlumat mübadiləsi isə məhz Dualibus texnologiyası sayəsində reallaşır. Bu öz növbəsində çox kiçik ölçülü cihazları və ənənəvi platalar ilə naqillərə ehtiyac duymayan elastiki cihazları hazırlamağa imkan verəcək. Bundan əlavə olaraq bu cür prosessoru ənənəvi CPU üçün əlavə yerə sahib olmayan cihazlara da quraşdırmaq mümkün olacaq.
    Paylaş
    Bənzər xəbərlər
    yemeklere-duz-tokmeden-duzlu-dad-vere-bilen-elektron-qasiq-teqdim-edilib-video
    Elm & Texnologiya

    Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)

    Yaponiyanın "Kirin" içki şirkəti, səhhətindəki problem səbəbindən duz istehlak edə bilməyənləri və ya sağlamlığı üçün duzdan imtina etmək istəyənləri sevindirəcək elektron qaşığını təqdim edib.
    hindistanda-3d-printer-vasitesile-cap-edilmis-raket-muherriki-test-edilib
    Elm & Texnologiya

    Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib

    Hindistan Kosmik Tədqiqatlar təşkilatı (ISRO) 3D printerdə çap edilmiş maye yanacaq əsaslı raket mühərrikinin testlərini uğurlu şəkildə keçirib.
    sixilmis-hava-esasinda-calisacaq-yeni-nesil-elektrostansiya-insa-edilecek
    Elm & Texnologiya

    Sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiya inşa ediləcək

    Hydrostor şirkəti sıxılmış hava əsasında enerjinin saxlanması sahəsində lider şirkətlərdən biri hesab edilir. Bu ilin sonunda sözügedən şirkət Avstraliyanın Yeni Cənubi Uels ştatında sıxılmış hava əsasında çalışacaq yeni nəsil elektrostansiyanın inşasını planlaşdırır.
    atmosferdeki-co2-qazinin-emali-ucun-nezerde-tutulmus-en-boyuk-zavod-ise-salinib
    Elm & Texnologiya

    Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb

    İslandiyada Mammoth adlı zavod istifadəyə verilib. Bu, havadakı CO2 qazının filtrasiyası üçün nəzərdə tutulmuş ən böyük sənaye zavodudur.
    suyu-mikroplastik-hisseciklerden-ve-bakteriyalardan-temizleyen-kicik-robotlar-hazirlanib-video
    Elm & Texnologiya

    Suyu mikroplastik hissəciklərdən və bakteriyalardan təmizləyən kiçik robotlar hazırlanıb (VİDEO)

    Çexiyanın Brno Texniki Universitetinin mütəxəssisləri suyun çirklənməsinə səbəb olan mikroplastik hissəciklərlə effektiv mübarizə apara bilən kiçik ölçülü robotlar hazırlayıblar.