Reklam
Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib

Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib

Texnologiya
13.01.2022 PAYLAŞIM

    Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektrostansiyasının inşasını yekunlaşdırıb. Su üzərində inşa edilmiş günəş elektrostansiyasının bütün panellərinin ümumi gücü 320 meqavatt təşkil edir. Lakin o, dünyanın suda yerləşən ən böyük günəş elektrostansiyası statusunu özündə çox saxlaya bilməyəcək. Belə ki, gələn il Hindistanda 600 meqavatt gücə sahib bu cür günəş elektrostansiyası inşa ediləcək. 2024-cü ildə isə İndoneziyada 2.2 giqavatt gücündə günəş elektrostansiyası inşa ediləcək.

    Su üzərində olan sözügedən günəş elektrostansiyası 2.65 giqavatt gücə sahib kömür istilik elektrostansiyasına yaxın su hövzəsində yerləşir və 100 meqavatt gücündə olan külək elektrostansiyası ilə 8 meqavatt saat həcmli enerji saxlama sisteminə birləşdirilib. Bütün bu sistemlər HPI şirkətinə məxsusdur. Sözügedən sistemlər günəş və külək enerjisi üzrə vahid layihə şəklində reallaşdırılıblar.


    Günəş elektrostansiyasının inşası iki mərhələdə reallaşdırılıb. İlkin mərhələdə ümumi 200 meqavatt gücə sahib panellər istifadəyə verilib. İkinci mərhələ çərçivəsində isə ümumi 120 meqavatt gücə sahib panellər istifadəyə verilib. İlkin mərhələ enerji saxlama sistemi ilə birlikdə 2020-ci ildə, ikinci mərhələ isə keçən ilin son rübündə yekunlaşmışdı. Gözləntilərə əsasən il ərzində sözügedən sistem ümumilikdə 550 milyon kilovatt saat elektrik enerjisi generasiya edə biləcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×