Dünyanın yeni Wi-Fi bağlantı məsafəsi rekordu qırılıb!
Elm & Texnologiya
16.09.2024
Farid Pardashunas
Avstraliyanın Morse Micro texnologiya şirkəti, Wi-Fi texnologiyasında böyük bir uğur əldə edib. Şirkət, HaLow (802.11ah) standartı ilə simsiz əlaqə məsafəsində yeni dünya rekordu qırıb.
Şirkət tərəfindən Joshua Tree Milli Parkında keçirilən sınaqlarda 15.9 kilometr (9.9 mil) kimi nanılmaz bir məsafədən bağlantı təmin edilə bilib. Bu rekord, Morse Micro-nun yanvar ayında San-Fransiskoda əldə etdiyi 2.9 kilometrlik əvvəlki rekorddan təxminən 5 dəfə çoxdur. Şirkət tərəfindən həyata keçirilən yeni sınaqda Joshua Tree-nin kənd mühitində 15.9 kilometr məsafədən saniyədə 2 Meqabit sürət əldə oluna bilinib. Bu nəticə, HaLow texnologiyasının nəzəri maksimum diapazonuna uyğun gəlir. San Fransisko testində isə 500 metrdə 11 Meqabit/saniyə, 2.9 kilometrdə isə 1 Meqabit/saniyə sürət əldə edilib.
HaLow texnologiyası, xüsusilə kənd yerlərində və əkinçilik kimi açıq tətbiqlərdə böyük potensial vəd edir. O, bahalı və əhatə dairəsi məhdud mobil məlumat əvəzinə geniş ərazilərdə əlverişli internetə çıxış təmin edə bilər. İT və texnologiya ekspertləri bildirirlər ki, HaLow şəhər mərkəzlərində əlaqəyə mənfi təsir göstərə bilən mobil siqnallar və mövcud Wi-Fi nöqtələri səbəbindən daha məhdud faydalar təmin edə bilər. Bununla belə, standart bir marşrutlaşdırıcının diapazonu ilə müqayisədə, hətta təxminən 3.5 km Wi-Fi diapazonu olduqca təsir edici görünür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir!
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir!
Yeni və inqilabi bir texnologiya olan Li-Fi, işıq dalğaları vasitəsilə məlumat ötürərək, Wi-Fi-dan 100 dəfə daha sürətli internet bağlantısı təmin edə bilər.
Wi-Fi siqnalı maksimal uzaq məsafəyə ötürülüb (VİDEO)
Wi-Fi siqnalı maksimal uzaq məsafəyə ötürülüb (VİDEO)
Avstraliyanın şəbəkə mikrosxemləri sahəsində fəaliyyət göstərən Morse Micro şirkəti Wi-Fi şəbəkəsi çərçivəsində siqnalın uzaq məsafəyə ötürülməsi mövzusunda rekorda imza atıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!