Logo
    main-post-cover

    Dyson gələcəyin çiyələk fermasını inşa edib (VİDEO)

         Dyson şirkəti İngiltərənin Linkolnşir bölgəsində 10 hektarlıq sahədə yerləşən şaquli ferma inşa edib. Bu fermada 1 225 000 ədəd çiyələk kolu yetişdirilir. Uzunluğu 760 metr olan nəhəng istixana anaerob reaktor vasitəsilə işləyir. Bu reaktor çiyələk tullantılarını qaz halına çevirir və həmin qaz turbinləri hərəkətə gətirərək elektrik enerjisi istehsal edir. Turbinlərin istehsal etdikləri elektrik enerjisi 10 000 evin tələbatını ödəməyə kifayət edir. Dyson fermasında bu enerji istixananın qızdırılmasında istifadə olunur, tullantılar isə yaxınlıqdakı sahələrin gübrələnməsi üçün tətbiq edilir.
         Çiyələyin suvarılması üçün istixananın damında toplanan və xüsusi anbarlara axıdılan yağış suyu istifadə olunur. İstixananın ətrafında hər biri 24 metr uzunluğunda və 5 metr hündürlüyündə olan nəhəng fırlanan “təkərlər” quraşdırılıb. Hər bir təkərin çəkisi təxminən 500 kq-dır. Çiyələk sıraları bu konstruksiyalara bərkidilib və onların yavaş fırlanması bitkilərin günəş işığı ilə bərabər şəkildə işıqlanmasını təmin edir. Rəflər arasındakı hissələrdə ultrabənövşəyi ampalı robotlar hərəkət edirlər. Bu robotlar bitkilərin yarpaqlarını ultrabənövşəyi şüa ilə işıqlandıraraq kifi məhv edirlər.
         Digər bir avtomatik qurğu isə bitkilərin üzərinə faydalı həşəratlar buraxır, hansı ki bu həşəratlar bitkiləri yarasızlaşdıran zərərvericilərlə qidalanırlar. Çiyələklər yetişdikdə, 16 ədəd robotlaşdırılmış “əl” hər bir giləni diqqətlə dərir. James Dyson-un sözlərinə görə, təkcə 1 ay ərzində robotlar təxminən 200 000 gilə çiyələk toplayır. Dyson şirkəti qeyd edir ki, yüksək texnologiyalı istehsal ilə kənd təsərrüfatının bu şəkildə birləşdirilməsi onlar üçün təbii yanaşmadır. Onların fikrincə, bitki yetişdirmək texnika istehsal etməyə bənzəyir, çünki bu sahədə də effektivlik və texnologiya baxımından yanaşma tələb olunur.
    Paylaş