
Edward Snowden smartfonu izlənmədən qoruyan mobil tətbiq təqdim edib
Elm & Texnologiya
23.12.2017
Emil
Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı və Amerikanın Freedom of the Press Foundation təşkilatının rəhbərlərindən biri olan Edward Snowden smartfonu izlənmədən qoruyan mobil tətbiq təqdim edib.
Bu barədə Wired saytı xəbər verib. Haven adlı
mobil tətbiq Android əməliyyat sistemi əsasında çalışan ucuz smartfonlar üçün
nəzərdə tutulub. Tətbiq yaradıcılarının ideyasına əsasən istifadəçi həmin
telefonu evində və ya hansısa başqa bir yerdə saxlamalıdır. Haven tətbiqi vasitəsilə
isə smartfon gizli şəkildə videoçəkilişi və audioyazını reallaşdıracaq. Snowden-in
fikrincə bu üsulla istifadəçi müəyyən edə biləcək ki, o olmadığı vaxtda kimsə
onun cihazını hack etməyə və ondan istifadə etməyə çalışıb yoxsa yox.

Bundan əlavə
olaraq bu tətbiq smartfona ani giriş cəhdlərini və ona casus tətbiqlərin
yazılmasını da təyin edərək bu barədə istifadəçiyə məlumat verir. “Təsəvvür
edinki sizin keşik çəkən itiniz var və siz onu özünüzlə istədiyiniz yerə götürə
və ya hansısa otel otağında qoya bilərsiniz. O çox ağıllıdır və ətrafda olan
bütün hadisələri təyin edir” – deyə Edward Snowden bildirib. Snowden etiraf
edib ki, bu tətbiq kiminsə sizin otağınıza daxil olub cihazınıza müdaxilə etməkdən
qoruya bilməz. Lakin o, bu cür hadisəni hər dəqiqə öz yaddaşına yazaraq
sonradan onu ortaya çıxara bilər. Bu üsulla tətbiq xüsusi dövlət orqanlarının
öz vəzifələrindən suistifadənin qarşısını alır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
