
Əfsanəvi hindistanlı aktyorun iştirakı ilə OnePlus 6T'nin ilk reklam videosu yayıldı
Elm & Texnologiya
20.09.2018
Emil
OnePlus 6T flaqman smartfonunun ilk reklam videosu artıq
internetdə paylaşılıb. Smartfonu isə Hindistanın əfsanəvi aktyoru Amitabh
Bachchan reklam edir. Videonun özü çox qısadır və həmin videoda smartfonun
ekranına inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasından danışılır. Beləliklə
artıq 100% əminliklə qeyd etmək olar ki, OnePlus 6T bu texnologiyaya sahib
olacaq. Bundan əlavə olaraq smartfon 6.4 inç AMOLED ekran və V şəkilli çıxıntı
hissə ilə təchiz olunacaq. Smartfon Snapdragon 845 prosessoru vasitəsilə
çalışacaq. Son məlumata əsasən OnePlus 6T 17 Oktyabr tarixində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
