
Malwarebytes Labs şirkəti saxta WhatsApp tətbiqi aşkar edib. Həmin saxta tətbiq vasitəsilə hackerlər istifadəçinin bütün məlumatlarını əldə edə bilirlər. Zərərli virus WhatsApp Plus adı altında sosial şəbəkə rəylərində və internet forumlarda yayılır. WhatsApp-ın bu zərərli versiyası istifadəçinin diqqətini eyni anda 4 hesab yaratmaq, ismarışların yazılması üzrə gizli bildiriş və ismarışların oxunması bildirişləri kimi funksiyalar ilə cəlb edir. Sözügedən fake WhatsApp versiyası Android/PUP.Riskware.Wtaspin.GB. adlı zərərli koddan istifadə edir.
Məlumata əsasən fake versiyasını artıq 1000 nəfərdən çox insan yükləyib. WhatsApp Plus istifadəçinin telefon nömrəsi, ismarışları və adı kimi məlumatları oğurlayır. Tətbiqi smartfona quraşdırandan sonra o, ekranda qızıl loqolu WhatsApp yazısını və URL ünvanı əks etdirir. Tətbiq istifadəçidən özəl məlumatlara keçid icazəsini istəyir. İstifadəçi buna razılıq verəndən sonra tətbiqin yenilənməsi saytına avtomatik keçid edir. Lakin həmin saytda istifadəçi yenilənmə əvəzinə zərərli virusu öz smartfonuna yükləyir.
Şərh yoxdur