Ekrana inteqrasiya olunmuş barmaq izi skanı təkcə Galaxy S10-da olmayacaq

Ekrana inteqrasiya olunmuş barmaq izi skanı təkcə Galaxy S10-da olmayacaq

Texnologiya
16.07.2018 PAYLAŞIM

    Çindən olan məşhur Ice Universe adlı mənbənin verdiyi məlumata əsasən gələn il Galaxy S10 modelindən başqa daha büdcəli modellər də ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaqlar. Büdcəli modellər dedikdə misal olaraq Galaxy A seriyasını gətirmək olar. Qeyd etmək lazımdır ki, daha öncədən məhz Ice Universe Galaxy Note 9 modelində ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasının olma məlumatlarını təkzib etmişdir. Məlumata əsasən Samsung Apple şirkətinin yolu ilə gedərək gələn ilin əvvəlində 3 ədəd smartfon modeli təqdim edəcək. 5.8, 6.1 və 6.4 inç ekranlara sahib olacaq smartfonlar.


Bənzər xəbər


    Bununla belə ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını yalnız son iki model əldə edəcək. Sözügedən texnologiyanı Samsung üçün Qualcomm şirkəti hazırlayacaq. Qeyd etmək lazımdır ki, Qualcomm bu texnologiyanı hələ keçən ilin ortasında təqdim etmişdi. Lakin istehsalatda yaranmış problemlər nəticəsində texnologiyanın tətbiqi gecikmiş oldu. Samsung-un fikrincə bu yeni texnologiyanın tətbiqi öz növbəsində istifadəçilərin Galaxy S10 seriyasına biraz da olsun maraqlarını artırmalıdır. Beləliklə gələn il şirkət 60 milyon smartfon satmağı planlaşdırır. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən 6.4 inç ekrana sahib olacaq Galaxy S10 üçlü arxa kamera ilə təchiz olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik AirPods Pro 2-nin nə zaman satışa çıxacağını açıqlayıb..

Naqilsiz AirPods Pro qulaqlıqlarının birinci nəsli 2019-cu ilin oktyabr ayında satışa çıxmışdı...


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...

×