Logo
    main-post-cover

    Ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasının ilk dəfə hansı smartfonda olacağı məlum oldu

    Elm & Texnologiya
    16.12.2017
    Emil
    Bir neçə gün bundan öncə paylaşdığımız xəbərdə “Synaptics” şirkətinin öz yeni barmaq izi skanı texnologiyasının anonsunu etdiyini bildirmişdik.
    Clear ID FS9500 adlı yeni barmaq izi skanı birbaşa ekrana inteqrasiya olunub. Şirkət həmçinin bildirmişdi ki, gələn il bu texnologiya ilk dəfə olaraq smartfon istehsalçılarının top beşliyinə daxil olan şirkətlərdən birinin məhsulunda tədbiq olunacaq. Bir çoxları düşündülər ki, söhbət “Samsung” şirkətindən gedir. Lakin bu gözlənti özünü doğrultmadı.
    Məlum oldu ki, söhbət Çinin “Vivo” şirkətindən gedirmiş. Bu şirkət həqiqətən də smartfon istehsalçıları siyahısında dünyanın ilk top beşliyinə daxildir. Bu baxımdan “Synaptics” şirkəti heç də yalan məlumat vermədi. “Vivo” şirkətinin hansı modelinin bu yeni texnologiyaya sahib olacağı barəsində məlumat yoxdur. Lakin bir sıra şaiyələrə görə bu, Vivo Xplay 7 olacaq. Məlumata əsasən o, gələn ilin əvvəlində satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər