Ekranda barmaq izi skanlı OnePlus 6T flaqman smartfonu təqdim olundu

Ekranda barmaq izi skanlı OnePlus 6T flaqman smartfonu təqdim olundu

Texnologiya
29.10.2018 PAYLAŞIM

    OnePlus şirkəti sonunda özünün bu il üçün ikinci flaqman smartfonu olan OnePlus 6T modelini təqdim etdi. Yeni modelin əsas dəyişiklikləri siyahısında ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası, yüksəldilmiş batareya həcmi, təkmilləşdirilmiş kameralar, yenilənmiş dizayn və proqram təminatı var. Beləliklə OnePlus 6T modeli istifadəçini yenilənmiş ön panel ilə qarşılayır. Belə ki, adi OnePlus 6-dan fərqli olaraq OnePlus 6T-nin ekranındakı çıxıntı hissə daha kiçik və V şəklindədir. Bunun sayəsində smartfonun 6.4 inç AMOLED ekranı ön panelin 86%-ni əhatə edir. Bununla yanaşı smartfonun ekranı Gorilla Glass 6 qoruyucu şüşə ilə də örtülüb.


Bənzər xəbər


    Arxa paneldən də OnePlus 6T modeli adi OnePlus 6-dan fərqlənir. Belə ki, yeni modelin arxa panelində barmaq izi skanı texnologiyası yoxdur. Bunun əvəzinə barmaq izi skanı smartfonun ekranına inteqrasiya olunub və barmaq izi işarəsi ilə əks olunub. Bundan əlavə olaraq OnePlus 6T həmdə istifadəçi üzünün skanı vasitəsilə blokdan çıxarılma funksiyasını da dəstəkləyir. OnePlus 6T-də olan vacib dəyişikliklərdən biri də onun ənənəvi 3.5 mm-lik audiogirişdən məhrum olmasıdır. Bunun yerinə şirkət USB Type-C girişindən və ya Bluetooth-dan istifadə etməyi məsləhət görür. Götürülmüş 3.5 mm-lik audiogiriş əvəzinə smartfonun batareya həcmi yüksəlib. Beləliklə OnePlus 6T 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Buna görə də smartfon bir qədər qalın və ağır olub.


    Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus 6T 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş, 16 MP (f/1.7 diafraqmalı) + 20 MP (f/1.7 diafraqmalı, təsvirin optik stabilizasiyası, portret rejimi və slow-mo videoların çəkilməsi dəstəkli) ikili arxa kamera və 20 MP-lik (f/1.7 diafraqmalı, portret rejimi dəstəkli) ön kamera ilə təchiz olunub. Kameralar heç vat OnePlus modellərinin fərqləndirici özəllikləri olmayıblar. Lakin bu dəfə şirkət vəziyyəti dəyişib. Yeni model Oneplus 6-nın kamera göstəricilərini əldə etsə də, əsas dəyişikliklər kameralar ilə bağlı proqram təminatına aiddirlər. Beləliklə smartfon avtomatik olaraq kadrdakı səhnələri təyin edərək onlar üçün ən optimal çəkiliş rejimini təqdim edə bilir. Bununla yanaşı smartfonda yeni gecə rejimi də ortaya çıxıb. Onun sayəsində yaxşı işıqlandırılmamış mühitdə 2 saniyə ərzində keyfiyyətli fotolar əldə etmək olar.


    Ənənəyə sadiq qalaraq yeni model də şirkətin öz əməliyyat sistemi interfeysi ilə birlikdə çalışacaq.. Belə ki, OnePlus 6T yenilənmiş OxygenOS interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Bununla yanaşı yeni proqram təminatı həmdə jestlər vasitəsilə təkmilləşdirilmiş idarəetmə sistemi də əldə edib. Məsələn istifadəçi sonuncu dəfə işə salınmış iki tətbiq arasında keçidi swype vasitəsilə reallaşdıra biləcək. OnePlus 6T 1 Noyabr tarixində satışa çıxacaq və 3 versiyada satılacaq. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 549$, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 579$, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 629$ qiymətinə satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×