Ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfonlar nə zaman satışa çıxacaqlar?

Ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfonlar nə zaman satışa çıxacaqlar?

Texnologiya
06.06.2020 PAYLAŞIM

    1 il bundan öncə OPPO Xiaomi şirkətləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfonların prototiplərini təqdim etmişdilər. Lakin bu cür texnologiyaya sahib smartfonlar hələ də kütləvi bazara satışa çıxarılmayıb. Nüfuzlu çinli insayder isə bu cür smartfonların nə zaman satışa çıxacaqları barəsində məlumat verib. Bu barədə Androidauthority saytı xəbər verib.

    Özünü artıq güvənli mənbə kimi sübut etmiş Digital Chat Station ləqəbli çinli insayderin sözlərinə əsasən hal hazırda hələ təqdim edilməmiş Snapdragon 875 prosessoruna və ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib bir neçə smartfon modeli hazırlanır. İnsayder söhbətin hansı smartfon modellərindən getdiyi və ya ümumilikdə həmin smartfonların hansı istehsalçılar tərəfindən hazırlandığı barəsində məlumatlar verməyib.


    Lakin verilmiş məlumatdan belə qənaətə gəlmək olar ki, bu cür smartfonlar yalnız gələn il satışa çıxacaqlar. Heç istisna deyil ki, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameralı smartfonların hazırlanması ilə məhz OPPO və Xiaomi şirkətləri məşğul olurlar. Belə ki, bu şirkətlər bu cür cihazların hazrlanmasında təcrübəyə sahibdirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..


Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim e..

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkət..


Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub..

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki ve..


Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqları..

×