Elektrik sahəsinin iki dahi şəxsiyyəti arasındakı müharibə. Nikola Tesla, Thomas Edison-a qarşı. Bu müharibədə kim qalib gəldi?

Elektrik sahəsinin iki dahi şəxsiyyəti arasındakı müharibə. Nikola Tesla, Thomas Edison-a qarşı. Bu müharibədə kim qalib gəldi?

21.10.2017 PAYLAŞIM

Bütün dünya bu 2 insan sayəsində işıqlandırılır. Lakin bir faktı da qeyd etmək lazımdır ki, bu 2 şəxs bir-birinə qarşı düşmən olublar. Telefon, fonoqraf, radiolokasiya sistemləri, yüksək tezlikli texnikalar, buxar turbinləri və s. Bütün bu ixtiralara sözügedən 2 şəxsin səyləri səbəb olmuşdur. Söhbət, Nikola TeslaThomas Edison-dan gedir. Lakin onların ən böyük ixtiraları evlərdə və küçələrdə olan işıq sistemləridir. Belə ki, onlar elektriklə bağlı olan hər şeyin əsasını qoyublar. Məhz elə elektilli cihazlar bu 2 şəxsin müharibə meydanına çevrilmişdir.

Xorvatiyada anadan olmuş Nikola Tesla hələ azyaşlı vaxtlarında öz dahiliyinin ilkin əlamətlərini kəşf etmişdi. Belə ki, hələ uşaq ikən onun beynində fantastik ideyalar yaranırdı. O, çoxlu kitab oxuyur və həmin kitabların qəhrəmanları onu üstün insan etməyə sövq edirdilər. Gündəlik həyatda Tesla, yuxuya sadəcə 4 saat vaxt ayırırdı.



Tesla, təhsilə baş qoşaraq texniki elmlərlə maraqlanırdı. Lakin bununla yanaşı o həmdə professional şəkildə musiqidə, linqvistikada, fəlsəfədə biliklərə sahib idi və bir neçə dildə danışa bilirdi. Rezerford onu “Elektrikin Peyğəmbəri” adlandırırdı. Hələ 24 yaşında ikən Tesla özünün dəyişən cərəyan ideyasını Praqa Universitetinin Peshl adlı professoruna söyləmişdi. Lakin professor onun bu ideyasına etinasız yanaşmışdı. Nəticədə Tesla öz bütün mülkiyyətini sataraq Thomas Edison-un yanına ABŞ-a yollanmışdı.

Həmin vaxtda Tesla-dan 9 yaş böyük olmuş Edison artıq bütün dünyada tanınırdı. Hamı onu özünü inkişaf etdirən bir şəxs kimi tanıyırdı. Günlərin birində məktəb müəlliməsi Edison-u ağılsız biri kimi adlandırmışdı. Edison-un anası onu məktəbdən çıxartmış və Edison öz təhsilini özü davam etdirmişdi. Edison çox oxuyurdu və onunla eyni yaşda olan uşaqların sahib olduqları oyuncaqlara sahib deyildi. Buna görə də o öz oyuncaqlarını özü düzəldir və təkmilləşdirirdi.


Bütün həyatı boyunca öz işinə o bu cür yanaşdı. Varolan ixtiraları və prinsipləri götürərək onları təkmilləşdirmək və ideal vəziyyətə gətirmək. Guglielmo Marconi, teleqarfı, Alexander Graham Bell ilk telefonu, Lumiere qardaşları film çəkən cihazı icad etmişdilər. Lakin bu ixtiralardan kommersiya xeyri qazanmış ilk şəxs məhz Thomas Edison oldu. Belə ki, o, sözügedən cihazları təkmilləşdirib onları rahat, məşhur və satılan etdi.  Nəticədə gənc ixtiraçı, Menlo-Park adlı yerdə öz laboratoriyasını quraraq onu qısa zamanda ixtiraların olunduğu fabrikə çevirdi. Həmin yerdə çoxlu sayda mühəndis və alim çalışırdı.

ABŞ-a çatan kimi Nikola Tesla məhz bu fabrikə üz tutdu. Həmin illərdə Edison artıq közərmə lampasının və daimi cərəyan generatorunun patentini almışdı. Bununla yanaşı o, şəhər işıqlandırma sistemini də təkmilləşdirirdi. Tesla-nın layihəsini incələmiş Edison, layihəni bilinməyən bir vaxta kimi saxladı.


Əvəzində isə o, Tesla-ya daimi cərəyan əsasında hazırlanan sistemin üzərində çalışmağı təklif etdi. Tesla bu təklifi qəbul etdi. Lakin o yenə də gizli şəkildə özünün dəyişən cərəyan sistemini təkmilləşdirməyə davam etdi və 1 ildən sonra onun patentini aldı. Lakin Edison öz qısqanclığı ucbatından Tesla-nın layihəsinə qarşı müharibə elan etdi və nəticədə Tesla, Menlo-Parkdan getməli oldu.

Lakin yaxşı ki, sənaye sahibi və ixtiraçı George Westinghouse daha dərrakəli insan idi. Tesla-nın məruzələrindən birində çıxış etmiş Westinghouse onun ideyalarını yüksək qiymətləndirərək generator, elektromühərrik, transformator və digər mexanizmlərə olan patentləri Tesla-dan 1 milyon dollara aldı. Daha sonra “Westinghouse” şirkətinə məxsus olan Niaqara su elektik stansiyası dəyişən cərəyan yaratmağa başladı.


İlk baxışdan qalibin kim olduğu artıq bəlli idi. Lakin Edison, Tesla-ya heç bir şans vermədi. Belə ki, dəyişən cərəyanın iqtisadi cəhətdən məqsədəuyğun olmamasında yetəri sübutlar gətirə bilməyərək uğursuzluq qazanan Edison digər arqumentlərə üz tutdu. O, dəyişən cərəyan vasitəsilə çalışan cihaz və mexanizmlərdən istifadənin insan üçün təhlükəsi barəsində məlumatlar yayırdı. Həqiqətən də bu suallar heç də zarafat deyildi.

Həmin illərdə Nyu York ştatının parlamenti tərəfindən ölüm hökmlərinin daha humanist şəkildə keçirilməsi üsullarının seçilməsi üçün xüsusi komissiya yaratmışdı. Bundan istifadə etmiş Edison, dəyişən cərəyan sistemi üzərində hamıya bir faktı nümayiş etdirmişdi. Belə ki, bir neçə pişik və iti, 1000 volt cərəyanlı (təbii ki, dəyişən cərəyan) metal plastinin üzərinə qoymuşdular. Həmin mənzərədən sonra mətbuat, heyvanların ölümlərini açıq aydın yazmışdı.


Bu mübarizəyə həmçinin Menlo-Park-ın işçiləri də qatılmışdı. Belə ki, Brown Peterson adlı şəxslər, 1000 voltluq daimi cərəyanı itin bədənindən keçirtmişdilər. Nəticədə it əziyyət çəksə də ölmədi. Lakin hətta 330 voltluq dəyişən cərəyanı itin bədənindən keçirdəndə o dərhal ölmüşdü. Westinghouse öz nüfuzundan istifadə edərək bu cür nümayişlərə protest verməyə çalışırdı. O, New York Times-a açıq məktub göndərmişdi. Həmin məktubda Westinghouse, Brown-u, Edison-un şirkətinin maraqları üçün hərəkət etdiyi barədə ittiham etmişdi. Lakin artıq gec idi.

Bütün bunlara baxmayaraq Nikola Tesla yaxşı bir cavab hazırlamışdı. Bir neçə ildən sonra Çikaqoda keçirilmiş Ümumdünya sərgisində Tesla-nın nümayişi bütün dünyanı heyrətləndirdi. Belə ki, həmin nümayiş zamanı o, tamamilə sakit vəziyyətdə milyon voltluq dəyişən cərəyanı öz bədənindən keçirtmişdi. İldırımlar onun dərisinin üzərində sanki rəqs edirdilər. Lakin Tesla sağ-salamat idi. Öz elektrik cərəyanlı əlləri ilə heç bir naqilə qoşulmamış lampanı götürən zaman isə lampa onun əlində yanırdı. Bu, möcüzəyə bənzəyirdi. Daha sonra Edison sülh bağlamalı oldu. Edison-un General Electric şirkəti isə elektrik cihazları üçün patentləri “Westinghouse” şirkətindən almalı oldu. Əgər həmin illər ərzində Edison, ixtiraçı və sahibkar kimi tanınırdısa, Tesla dəlisov dahi kimi tanınırdı.


O, saatlarla parkda tək gəzərək “Faust” əsərini ifadəli şəkildə oxuya bilərdi. Öz ixtiralarının böyük bir hissəsini o, ağlında edirdi.

“İdeya yaranan zaman mən onu öz ağlımda təkmilləşdirirəm. Mənim ağlımda çalışması üçün mən ideyanın konstruksiyanı dəyişib, təkmilləşdirir və onu işə salıram. Mənim üçün tamamilə fərqi yoxdur ki, mən öz ixtiramı ağlımda və ya laboratoriya şəraitində test edirəm” – deyə Tesla bildirmişdi.

Lakin praktik cəhətdən həmin ixtiralar heç də həmişə uğurlu olmurdu. Günlərin birində Tesla tərəfindən aparılmış təcrübə zamanı onun laboratoriyasından kilometrlərlə uzaqda yerləşən Nyu Yorkdakı tikililərin divarları vibrasiya etməyə başlamışdı. Lakin polislərin bu hadisəyə müdaxiləsi sayəsində tikililərin fəlakətli aqibətinin qarşısı alınmışdı. “Mən Bruklin körpüsünü bir neçə saata məhv edə bilərdim” – deyə Tesla etiraf edirdi. Lakin onun bu cür təcrübələrinə görə onu bağışlayırdılar. Çünki onun etdikləri həmin vaxtdakı elm səviyyəsini qabaqlayırdı. 1915-ci ildə New York Times elan etdi ki, Nikola Tesla və Thomas Edison, fizika sahəsində Nobel mükafatı ala bilərlər. Lakin nəticədə onlardan heç biri bu mükafatı almadı. Belə ki, onların hər ikisi bu mükafatdan imtina etmişdi. Görünür, onlar əvvəlki hadisələrdən qazandıqları inciklikləri bir-birilərinə bağışlaya bilmədilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×