Elektromobil istehsalçısı 'Fisker' 1 dəqiqəyə şarj olunan inqilabi elektromobil batareyası yaratdı

Elektromobil istehsalçısı 'Fisker' 1 dəqiqəyə şarj olunan inqilabi elektromobil batareyası yaratdı

Texnologiya
15.11.2017 PAYLAŞIM

Məşhur dizayner və “Tesla” şirkətinin keçmiş məsləhətçisi Henrik Fisker tərəfindən təsis edilmiş elektrokar istehsalçı şirkəti olan “Fisker” elektromobillər üçün inqilabi batareya yaratdığını bildirib.

Şirkət faktiki olaraq elektromobillər üçün yeni inanılmaz imkanlar yaradan bərk cisimli batareya növünün patentini almağa hazırlaşır. Yeni batareyaların sayəsində elektromobillər bir dəfə şarj vasitəsilə 800 km yol qətt edə biləcəklər. Bununla yanaşı ən əsası odur ki, həmin bərk cisimli batareyalar 1 dəqiqə ərzində şarj olunacaqlar. Əgər bütün bunlar həqiqətən də belədirsə, onda Elon Musk-ın “Tesla” şirkəti digər elektromobil istehsalçılarından əlavə olaraq bu barədə də narahatlıq keçirtməlidir.



Hal hazırda “Tesla”nın ən çox yol qətt edən modeli olan S 100D öz litium-ion batareyası sayəsində bir dəfə şarj olunandan sonra təqribi olaraq 540 km yol qətt edir. Adətən isə Tesla modellərinin şarjına yarım saat vaxt sərf olunur. Lakin bir faktı nəzərə almaq lazımdır. Belə ki, “Fisker” şirkətinin bərk cisimli batareyaları yalnız 2023-cü ildə irimiqyaslı istehsalata hazır olacaq.

Bildiyimiz kimi isə dünya yerində durmur. Həmin vaxtda kimi rəqib şirkətlər öz real variantlarını təqdim edə bilərlər. Bərk cisimli batareyalar litium-ion batareyalarından fərqli olaraq daha çox enerji saxlama və tez zamanda şarj olunma özəlliklərinə sahibdirlər. “Fisker” bildirib ki, onun istehsal edəcəyi bərk cisimli batareyalar adi litium-ion batareyalarından fərqli olaraq 2.5 dəfə daha çox enerji tutma həcminə və daha aşağı qiymətə sahib olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×