Logo
    main-post-cover

    Elektromobillər haqqında məşhur miflər

    Elm & Texnologiya
    22.10.2017
    Emil
    Elektromobillər haqqında müxtəlif şaiyələr və fərziyyələr gəzir. Onlar əsasən elektromobillərin istehsalı və istismarı ilə bağlıdır. Gas2 saytı elektromobillər haqqında məşhur mifləri bir araya yığaraq onların doğruluqlarının səviyyəsini təyin ediblər.
    Elektromobillərin istehsalı, ənənəvi avtomobil istehsalından ekologiyaya daha çox baha başa gəlir (Düzdür):
    Tədqiqatlar onu göstərib ki, elektromobilin yaradılması üçün daha çox elektroenerji tələb olunur. Bunun əsas səbəbi isə həmin avtomobillərdə olan böyük enerji batareyalarıdır. Onların yaradılması üçün güman olunandan daha çox enerji sərf etmək lazımdır. Məsələn, Mercedes şirkəti B modeli avtomobili iki versiyada istehsal edir. Həm benzinlə çalışan, həmdə elektriklə çalışan. Benzinlə çalışan versiyanın istehsalına ümumilikdə 18% ekoloji çirklənmə aid olunur.

    Elektrikli versiyanın istehsalına isə ümumilikdə 45% ekoloji çirklənmə aid edilir. Onu da qeyd etmək lazımdır ki, elektromobillər yalnız dilerin onları satacağı vaxta kimi ekoloji çirkli mənbə kimi hesab olunurlar. Bununla yanaşı elektromobillərin təmizliyinə həmçinin şarj stansiyalarındakı enerjinin hansı üsulnan əldə olunduğu da təsir edir. Əgər enerji, təbii qazıntı elektrostansiyaları sayəsində təmin olunursa, onda elektromobildən istifadə yalnız 25% ekoloji təmiz hesab olunur. Yox əgər enerji, bərpa olunan enerji stansiyaları hesabına təmin olunursa, onda elektromobildən istifadə 64%-dən çox ekoloji təmiz hesab olunur.
    Elektromobillərin batareyaları müəyyən anda partlayacaq bombadırlar (Səhvdir):

    Litium-ion batareyaları əsasən emal olunurlar. Yəni onların istifadəsindən sonra kiminsə onları torpağın dərinliklərinə basdırması ehtimalı çox azdır. Müasir idarəetmə və emal sistemləri litium-ion batareyalarının təhlükəlik ehtimalını sıfıra endirir. Təbii yolla əldə olunan yanacaq növünü litium-ion batareyaları ilə müqayisə etdikdə görmək olar ki, litium-ion batareyalarının təbiətə verdikləri zərər son illər ərzində cüzidir. Öz növbəsində isə təbii yolla əldə olunan yanacaq növləri parnik qazlarının yaranmasına gətirib çıxarır.
    Sayları artan elektromobillər elektrik şəbəkələrinin yüklənməsinə səbəb olur (Səhvdir):

    Ənənəvi elektrikli avtomobillər ev şəbəkəsi vasitəsilə 3.2 kilovat saat güclə şarj olunur. Bununla yanaşı cərəyanın gücü 16 amperi keçmir. Nəticə etibarilə elektrikli avtomobillər daha sərfəli elektrik istehlakçılarıdır. Norveçli alimlərin hesablamalrına əsasən 2030-cu ildə Norveçin yollarında 1.5 milyon elektromobil olacaq və bu isə öz növbəsində elektrik şəbəkəsinin yalnız 3% yüklənməsinə səbəb olacaq.
    Batareyaların çox qısa istifadə müddətləri var, onları dəyişmək isə bahalıdır (Səhvdir):
    Nissan”ın verdiyi məlumatlara əsasən onun Leaf model avtomobillər əsasən taksi kimi istifadə olunur. 200.000 km qətt olunmuş yoldan sonra batareyaların həcmi yalnız 25% aşağı düşüb. “Tesla” isə bildirib ki, 320.000 km yoldan sonra batareyaların istifadəsi 90% təşkil edəcək. Nəticədə belə alınır ki, litium ion batareyaların istifadə müddəti yanacaqla çalışan mühərriklərin istifadə müddəti ilə eynidir.

    Batareyanın dəyişdirilməsinə gəldikdə isə şərt deyilki batareya tamamilə dəyişilsin. Sadəcə olaraq bateraynın ayrı-ayrı hissələrini dəyişmək olar. Yox əgər söhbət batareyanın tamamilə dəyişilməsindən gedirsə, “Nissan” bu barədə öz məlumatını verib. Belə ki, şirkətin verdiyi məlumata əsasən bu cür xidmətin qiyməti 5499$ təşkil edir.
    Elektromobillər çirklənməni bir yerdən digərinə daşıyırlar (Müəyyən mənada düzdür):
    Bu, elektrikli avtomobillərə qarşı olan ən məşhur ittihamdır. Belə ki, elektromobillərin özləri təbii ki, çirklənmə ifraz etmirlər. Lakin onlar üçün elektroenerjinin istehsalı zamanı çirklənmə yaranır. Əgər əvvəllər yanacaqla çalışan avtomobillərin istifadəsi zamanı avtomobillər özləri CO2 ifraz edirdilərsə, indi CO2 elektrikli avtomobillər üçün elektroenerjinin istehsalı zamanı ifraz olunur.

    Bu məsələ ilə bağlı mübahisə aparmaq olmaz. Həqiqətən də elektroenerji öz-özünə yaranmır. Lakin bir sıra vacib faktorlar mövcuddur. Elektroenerjinin istehsalı ildən-ilə ekoloji cəhətdən daha da təmiz olur. Bir çox ölkələr kömür qazıntısından imtina edirlər. Bu isə o deməkdir ki, elektromobillər daha da təmiz olurlar.
    Paylaş
    Bənzər xəbərlər