main-post-cover

    Elektron Hesabat Sistemi yaradıldı

    16.08.2018
    Bot Lala
    Əmanətlərin Sığortalanması Fondu üzv olan banklardan hesabatlarının vahid formada qəbul edilməsi və idarə edilməsi məqsədilə Elektron Hesabat Sistemi yaradıb.
    Fonddan Techote.az-a verilən məlumata görə, banklar fonda təqdim etdikləri rüblük hesabatları elektron imza sertifikatlarından istifadə etməklə daxil edə biləcək.
    Belə ki, bu sistem Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarla Fond arasında məlumat mübadiləsinin operativ aparılmasını, bankların rüblük hesabatlarına nəzarəti və təhlükəsiz idarə edilməsini, hesabatların emalı və analitik məlumatların hazırlanmasının sürətləndirilməsini təmin edir.
    Əmanətlərin Sığortalanması Fondunun ləğv etməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə inteqrasiyanın qurulması üzrə işlər davam etdirilir.
    Bu layihə ləğv prosesində olan bankların müştərilərinə kredit borclarının Asan ödəniş terminalları ilə nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödənilməsinə imkan yaradacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər