Logo
    main-post-cover

    Elmi-fantastik janrda 10 klassik yazıçının proqnozlarından sonra reallaşmış texnologiyalar

    Elm & Texnologiya
    02.07.2017
    Emil
    X-Prize adlı inqilabi innovasiyalara dəstək fondu, Yaponiyanın ən böyük aviaşirkəti “All Nippon Airways”, gələcək üzrə proqnozlar mövzusunda maraqlı müsabiqə elan edib. Həmin müsabiqə çərçivəsində müasir yazıçı-fantastlar gələcəyə aid öz proqnozlarını verməlidirlər. Müəllifləri ilhamlandırmaq üçün müsabiqə təşkilatçıları, elmi-fantastik janrın klassik yazıçılarının vaxtı ikən bildirdikləri və sonradan həyata keçmiş proqnozların reytinqini hazırlayıblar. X-Prize adlı qeyri kommersiya təşkilatı onunla məşhurdur ki, o, yarışmalar sistemi vasitəsilə elmi kəşflərin edilməsinə insanları stimullaşdırır. Müsabiqə qalibləri pul mükafatları alaraq öz araşdırmalarını davam etdirir və hətta araşdırma apardıqları sahələrdə elmi kəşflərə nail olurlar. Sözügedən fond adətən energetika, ətraf mühitin öyrənilməsi, təhsil və biologiya sahələrində premiyalar təltif edir. Lakin bu dəfə istisna hal baş verib. Müsabiqə çərçivəsində yazıçılar 008 reysli təyyarənin sərnişini adından kiçik bir hekayə yazmalıdırlar. Həmin sərnişin təyyarə vasitəsilə 20 il gələcəyə yollanmalıdır. Müsabiqədə istənilən şəxs iştirak edə bilər. Müsabiqə iştirakçıları 25 Avqust tarixinədək 2000-4000 sözdən ibarət İngilis dilində hekayə yazıb göndərməlidirlər. Həmin hekayədə yazıçı, gələcəyi necə gördüyünü əks etdirməlidir. Əsas qalib üçün 10.000$ pul mükafatı və Tokio-ya 2 nəfərlik səyahət nəzərdə tutulub. Yazıçıları ilhamlandırmaq üçün isə təşkilatçılar, elmi-fantastik janrın klassik yazıçılarının vaxtı ikən proqnoz verdikləri və həmin proqnozların reallaşdığı 10 texnologiya reytinqini təqdim ediblər.
    Bank Kartları:
    Müəllif: Edward Belamy (1888-ci ildə nəşr olunmuş “Looking Backward” povesti)
    Öz utopiyasında Belamy, insanların sahib olduqları universal kartlardan bəhs edib. Həmin kartlar vasitəsilə onlar dünyanın istənilən nöqtəsindən öz vəsaitlərini əldə edə bilərlər. İlk kredit kartları isə keçən ilin 50-ci illərində yarandı.
    Tanklar:
    Müəllif: H.G. Wells (1903-cü ildə nəşr olunmuş “The Land Ironclads” hekayəsi)
    Wells-in öz hekayəsində təsvir etdiyi döyüş maşınlarının uzunluğu 30 metr idi və onlar 8 ədəd təkərə sahib idilər. İlk tanklar isə 1916-cı illərdə baş vermiş döyüşlərdə istifadəyə verilmişdi.
    Kiçik qulaqlıqlar:
    Müəllif: Ray Bradbury (1953-cü ildə nəşr edilmiş “Fahrenheit 451” romanı)
    1950-ci illərdə audiocihazlar çox böyük idilər. Lakin Bradbury öz romanında insanın özü ilə daşıya biləcəyi kiçik radioları təsvir etmişdi. Kiçik qulaqlıqlar isə 2000-ci illərdə dəbə düşmüşdür.
    Videoçat:
    Müəllif: Hugo Gernsback (1911-ci ildə nəşr olunmuş “Ralph 124C 41+” romanı)
    Gernsback öz romanında uzun məsafədən ünsiyyət quran zaman həmsöhbət olduğun şəxsi görməyə imkan verən telefot adlı cihazı təsvir etmişdi. İlk videoçatlar isə 1964-cü ildən sonra yarandı.
    İnsanın ilk dəfə Aya uçuşu:
    Müəllif: Jules Verne (1865-ci ildə nəşr edilmiş “From the Earth to the Moon” romanı)
    İnsanlıq tarixində ən əsas real hadisədən 100 il öncə Jules Verne, insanın ilk dəfə Aya enməsinin vacib detallarının proqnozunu vermişdi. O hətta lazımi yanacaq səviyyəsini belə öz romanında qeyd etmişdi.
    Nüvə müharibəsi:
    Müəllif: Robert Heinlein (1940-ci ildə nəşr edilmiş “Solution Unsatisfactory” adlı qısa hekayə)
    Heinlein-in hekayəsində ABŞ, İkinci Dünya Müahribəsinə son qoyan atom bombalarını hazırlayır. Lakin bundan sonra silah üzrə yarış başlayır. Bu hekayə nəşr olunandan 5-10 il sonra hekayədəki hadisələr real həyatda baş verməyə başladı.
    Bionik hissələr:
    Müəllif: Martin Caidin (1972-ci ildə nəşr edilmiş “Cyborg” romanı)
    Martin öz romanında çoxlu sayda fiziki xəsarətlər alan şəxsi təsvir edib. Nəticədə ona sürətli qaçma imkanını verən bionik ayaq, böyük gücə sahib olma imkanını verən bionik qol və bionik gözlər quraşdırılır. Bionik insan bıədəni hissələri artıq real bir şeydir və yaxın zamanda hətta bionik gözlər də istifadəyə veriləcək.
    Total nəzarət:
    Müəllif: George Orwell (1949-cu ildə nəşr olunmuş “1984” romanı)
    Orwell-in antiutopik dünyasındakı hökümət hər zaman öz vətəndaşlarını xüsusi kameralar şəbəkəsi vasitəsilə izləyir. Hal hazırda Orwell-in vaxtı ikən bu romanı yazdığı Londondakı evindən 200 metr radius ərazidə insanları izləmək üçün 32 kamera quraşdırılmışdır.
    Peyk kommunikasiyası:
    Müəllif: Arthur C. Clarke (1945-ci ildə nəşr edilmiş “The Space-Station: Its Radio Applications” essesi)
    Öz essesində Clarke, televiziya siqnallarının ötürülməsi üçün geostasionar peykləri təsvir etmişdi. Bu proqnoz isə hələ kommersiya məqsədli televiziya yayımının başlanmasından qabaq verilmişdi.
    Elektromobillər:
    Müəllif: John Brunner (1969-cu ildə nəşr edilmiş “Stand on Zanzibar” romanı)
    Brunner-in romanında 2100-cü ildə ABŞ-a, Obomi adlı prezident rəhbərlik edir. Bundan əlavə olaraq o öz romanında elektromobilləri, elektron musiqini, superkompüterləri, genetik təkmilləşdirilmiş mikroorqanizmləri və qanuni nikah yerinə azad ilişkiləri təsvir etmişdi.
    Paylaş
    Bənzər xəbərlər