
Elon Musk 2 batareyalı yeni Tesla Model 3 haqqında məlumat verdi
Elm & Texnologiya
21.05.2018
Emil
Tesla şirkətinin CEO-su Elon Musk
yeni Tesla Model 3 haqqında ilk məlumatları verib. Qeyd etmək lazımdır ki, yeni
Tesla Model 3 iki batareya ilə təchiz olunacaq. Beləliklə əgər elektromobilin
bir batareyası sıradan çıxarsa, sərnişin ikinci batareya hesabına lazımi yerə qədər
gedə biləcək. İki batareyalı Tesla Model 3 3.5 saniyəyə 96 km sürət yığa biləcək
və onun maksimal sürəti saatda 250 km təşkil edəcək. Həmin model bir dəfə şarj
olunandan sonra 500 km yol qətt edə biləcək.
İki batareyaya sahib Tesla Model 3
standart versiyada 78.000$
qiymətinə satılacaq. Təbii ki, bu qiymətə avtopilot texnologiyası daxil deyil. “Onun
qiyməti BMW M3 modelinin qiymətində olacaq. Lakin ondan 15% daha sürətli və
güclü” – deyə Musk öz Twitter hesabında bildirib. Qeyd etmək lazımdır ki, adi
Tesla Model 3 2016-cı ilin əvvəlində təqdim olunmuşdu. Bütün bu vaxt ərzində
şirkət 500.000 Tesla Model 3 sifarişi əldə etmişdi. İki batareyalı Tesla Model
3-ün çıxış tarixi barəsində heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
