
Elon Musk “The Boring Company” şirkətinin istehsalı olan orijinal odpüskürəninin uğurlu satışından xəbər verdi.
Sözügedən odpüskürənin ön sirafişi açılandan 2 gün sonra şirkət 10.000 ədəd odpüskürən satıb. Nəticədə odpüskürənlərin satışından əldə olunmuş gəlir 5 milyon dollar təşkil edib. Qeyd etmək lazımdır ki, odpüskürənin ön sifarişi 28 Yanvar tarixinin axşamı açılmışdı. Şirkət onu 500$ qiymətinə satır. Şirkətin bir neçə müddət bundan əvvəl satışa çıxartmış olduğu papaqlar kimi odpüskürənlərin satışı barəsində məlumatları da Musk öz Twitter hesabında bildirir.
Ümumilikdə şirkət 20.000 ədəd odpüskürən sataraq 10 milyon dollar gəlir əldə etməyi planlaşdırır. Şirkət bu cihazı “dünyanın ən təhlükəsiz odpüskürəni” kimi qeyd edir. “The Boring Company-nin odpüskürəni istənilən party-ni şənləndirə bilər. Əgər zombi apokalipsis baş tutsa siz bu odpüskürəni aldığınıza görə şad olacaqsınız. Zombilərə qarşı yaxşı üsul olacaq. Əks halda biz sizə pulunuzu geri qaytaracağıq” – deyə Musk bildirib.
Şərh yoxdur