Logo
    main-post-cover

    Elon Musk, 2026-ci ilə qədər 1000 nəfərdən çox insana çip implantasiya etməyi hədəfləyir!

    Elm & Texnologiya
    15.07.2024
    Aslan

         Elon Musk, yenə iddialı bir açıqlama ilə gündəmə gəlib. Məşhur sahibkar, 2026-cı ilə qədər 1000-dən çox insana Neuralink beyin çiplərini implantasiya etməyi hədəflədiklərini açıqlayıb.

         Hazırda dünyada yalnız bir nəfər var ki, onun beyninə Neuralink çipi yerləşdirilib. İkincisi isə yoldadır. Elon Musk, şəxsi X (Twitter) hesabında bildirib ki, 2 ildən sonra dünyada Neuralink çipinə sahib 1000-dən çox insan olacaq. Bu ilin sonuna qədər isə bir neçə nəfərə çip taxılacaq.
    View post on X
         Neuralink çipi ilk olaraq 8 ildir boyundan aşağı iflic olan 29 yaşlı Noland Arbaugh-a ümid işığı olub. Çip sayəsində Arbaugh, ağıl gücündən istifadə edərək kompüter oyunları oynaya bilib. Bu vəziyyət, eyni zamanda Neuralink-in potensialını da ortaya qoymuş oldu. Neuralink çipləri, iflic olan xəstələrə mexaniki əzalarını ağılları ilə idarə etməyə imkan verməklə onların hərəkətliliklərini bərpa etməyə kömək edəcək. Elon Musk, bundan əvvəlki açıqlamasında Neuralink beyin implantlarının gələcəkdə smartfonları əvəzləyəcəyini bildirmişdi.
    Paylaş