
Elon Musk-a görə insanlığın gələcəyi necə olacaq
Elm & Texnologiya
20.10.2017
Emil
“Tesla” və “SpaceX” şirkətlərinin
CEO-su Elon Musk dəfələrlə insan gələcəyi haqqında proqnozlar vermişdir.
Tamamilə günəş enerjisinə keçid, Mars planetinin kolonizasiyası və süni zəkanın
qalibiyyəti. “RS Components” şirkəti Elon Musk-ın bizlər üçün gördüyü gələcəyin
qrafikini tərtib edib.
İnsanlar çoxmərhələli raketlər
vasitəsilə kosmosa uçacaqlar (2018-ci il):

2015-ci ildə Elon Musk bildirmişdi
ki, onun “SpaceX” şirkəti kosmosa çoxmərhələli raketləri buraxacaq.
Süni zəka insanlar üçün real təhlükə
mənbəyi olacaq (2024-cü il):

2014-cü ildə Elon Musk öz müsahibələrindən
birində bu sözləri söyləmişdi: “Növbəti 5 il ərzində nəsə dəhşətli bir şeyin
baş verməsi ehtimalı çox yüksəkdir (süni zəkanın səhvi ucbatından). Yaxşı halda
bu, 10 ildən sonra baş verəcək”. Robotlar hakimiyyəti ələ keçirəcəklərmi?
“Tesla” yeni “Apple” olacaq (2025-ci
il):
2015-ci ildə Elon Musk, müasir
texnologiyalar dünyasının lideri “Apple”a qarşı iddialı bəyanat vermişdi. Belə ki, o bildirmişdi
ki, 2025-ci ilə kimi “Tesla” bazar kapitalizasiyasına görə “Apple” şirkətini
keçəcək. Həmin vaxtda “Apple”ın kapitalizasiyası 800 milyard dollar dəyərində
qiymətləndirilirdi.
İnsanlar Marsa ayaq basacaqlar
(2025-ci il):

Elon Musk-ın fikrincə bir neçə ildən
sonra biz Marsa yollana biləcəyik. Mars Yer kürəsindən 55.76 milyon km
uzaqlıqda yerləşir. Musk, Marsa 2024-cü ildə uçmağı və 2025-ci ildə ora çatmağı
planlaşdırır.
Yeni avtomobillərin yarısından
çoxu elektrik vasitəsilə çalışacaq (2027-ci il):

Elon Musk inanır ki, 10 ildən
sonra ABŞ-da bütün yeni avtomobillər tamamilə elektriklə çalışacaq və avtopilot
sisteminə sahib olacaqlar. Onun fikrincə pilotsuz avtomobillərin
reallaşdırılması üçün insanlara heçnə mane olmur. Avtopilot texnologiyasının
qarşısında duran yeganə əngəl isə qanundur.
Günəş enerjisi əsas enerji mənbəyi
olacaq (2033-cü il):

Sadalanmış şirkətlərdən əlavə
olaraq həmçinin “SolarCity”nin də CEO-su olan Elon Musk 2013-cü ildə bildirmişdi
ki, günəş enerjisi hər yerdə istifadə olunacaq və qaz da daxil olmaqla yerdə
qalan bütün enerji mənbələrinə qalib gələcək. Əks halda insanları dəhşətli fəlakətlər
gözləyir.
Avtomobillər artıq sükana sahib
olmayacaqlar (2037-ci il):
Musk-ın fikrincə gələcəkdə
pilotsuz avtomobillər əsas yeri tutduğundan, sükanlara da ehtiyac qalmayacaq.
Marsda ilk yaşayış məntəqələri
yaradılacaq (2040-cı il):
“SpaceX”in uğurları və böyüməsi haqqında
danışan zaman Musk bildirib ki, gələcəkdə şirkət, Marsda olacaq minlərlə
insanlar üçün böyük şəhərlər tikə biləcək.
Süni zəka, insanı tamamilə geridə
qoyacaq (2040-cı il):
Süni zəkanın insanlığa qarşı olan
təhlükəsi Elon Musk-ı daim narahat edir. O düşünür ki, 2040-ci ildə süni zəkanın
imkanları insanın imkanlarını geridə qoyacaq.
Marsda milyon insan yaşayacaq (2060-cı il):
Musk, Marsda yaşayış yerləri inşa
edərək onun vəziyyətini dəyişməyi planlaşdırır. “SpaceX” raketləri vasitəsilə
isə insanlar həmin planetə yollanacaqlar.
Mənbə: www.Entrepreneur.com
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
