
Elon Musk ABŞ iqtisadiyyatını robotlar vasitəsilə xilas etmək niyyətindədir
Elm & Texnologiya
26.05.2025
Emil
Elon Musk bildirib ki, humanoid (insanabənzər) robotlar 4-5 il ərzində bəzi ölkələrin ÜDM-ə (Ümumi Daxili Məhsul) töhfə verməyə başlayacaq, tam pilotsuz avtomobillər isə artıq 1-2 il ərzində bu mərhələyə çata bilər. 23 may tarixində Musk, Trump administrasiyasındakı rolundan uzaqlaşdığını bildirərək, belə bir aydın nəticəyə gəldiyini deyib: “ÜDM-in artımını sürətləndirmək ABŞ-ı dövlət borcu böhranından xilas etmək üçün həlledici əhəmiyyət daşıyır” - deyə Musk qeyd edib. O keçən həftənin əvvəlində həmçinin qeyd edib ki, gələcəkdə siyasi ianələrə xeyli az vəsait sərf edəcək. Tesla və SpaceX-in baş direktoru olan Elon Musk, eyni zamanda Hökumət Effektivliyi Departamentindəki (DOGE) rəhbərlik vəzifəsindən də geri çəkilərək diqqətini daha çox öz şirkətlərinə yönəltmək qərarına gəlib.

X sosial şəbəkəsində istifadəçilərdən biri yazıb: “Respublikaçılar Partiyasının fəlakətli qanun layihəsini nəzərə alsaq, ABŞ üçün yeganə çıxış yolu ÜDM-in partlayışvari artımıdır. Əgər bu, növbəti 2-3 ildə baş verməzsə, işimiz bitdi”. Başqa bir istifadəçi əlavə edib: “Maraqlıdır, bəlkə də Elon siyasətdən bir qədər uzaqlaşmasının səbəbi də elə budur. Humanoid robotlar vasitəsilə ÜDM-in artımını sürətləndirmək. Əgər o düşünürsə ki, bu yeganə çıxış yoludur, bu, onun üçün ən məntiqli seçim olar”. Musk bu ikinci paylaşıma cavab verərək bildirib ki, bu fikir onun mövqeyini tam əks etdirir.

“Mən, yəqin ki, aydın olan bir nəticəyə gəldim. ÜDM-in artımını sürətləndirmək həlledici əhəmiyyət daşıyır. DOGE Amerika Birləşmiş Ştatlarının müflis olma gününü təxirə salmaq üçün artıq böyük işlər görüb və görəcək, lakin hökumətin israfçılığı fonunda ölkəmizi yalnız radikal məhsuldarlıq artımı xilas edə bilər”. Daha əvvəl Musk proqnoz vermişdi ki, 2040-cı ilə qədər Yer üzündə 10 milyard insanabənzər robot olacaq və onlar 20 000-25 000$ qiymət intervalında satılacaq. O həmçinin bu ilin aprel ayında bildirmişdi ki, təxminən 5 il ərzində robotlar ən yaxşı cərrah insanları geridə qoyacaq.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
