Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Texnologiya
02.08.2021 PAYLAŞIM

    Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti əhatə edən sərt bəyanatlar səsləndirib. Söhbət, Apple-dan gedir. Onun sözlərinə əsasən Apple şirkəti ekoloji mühiti qorumaq kimi bəyanatlarına baxmayaraq ətraf mühitə ciddi zərər vurur. İlk növbədə Musk Apple şirkətinin App Store-dakı siyasətini tənqid edib. Söhbət, App Store-dakı 30%-lik komissiya haqqından və iOS tərtibatçılarının ciddi şəkildə nəzarətdə saxlanılmasından gedir. Bu məsələdə Musk Tesla-nı misal gətirib.

    O qeyd edib ki, Tesla hamıdan kənar bir platforma yaratmaq əvəzinə bütün dünyada stabil energetikanın yaradılması üçün əlindən gələni edir. Əslində Musk öz bəyanatlarında birbaşa Apple şirkətinin adını çəkməsə də "alma şirkəti" deməklə söhbətin nədən getdiyi məlum olub. Lakin Apple şirkətinin öz məhsullarında kobaltın istifadə etməsi məsələsində Musk öz fikirlərini birbaşa ifadə edib. O bildirib ki, Apple-dan olan mühəndislər 100%-lik ehtimal ilə Apple məhsullarında bu zərərli elementdən istifadə edirlər.


    Elon Musk bu cür bəyanatı ilə onu demək istəyib ki, kobaltın 90%-i Konqoda çıxarılır və həmin regionda məcburi uşaq əməyi inkişaf edir. Kobaltın emal olunması isə ətraf mühitə ciddi zərər vurur. Çox güman ki, Musk-ın Apple şirkətinə qarşı olan bu cür açıq tənqidləri iPhone istehsalçısının elektromobil bazarına daxil olma planları ilə bağlıdır. Uzunmüddətli perspektivdə bu, Tesla şirkətinin satışlarını aşağı sala bilər. Qeyd etmək lazımdır ki, daha öncədən Apple şirkəti keçmiş Tesla mühəndislərini özünə cəlb etmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×