Elon Musk, Big Falcon Rocket raket sisteminin adını dəyişmək qərarına gəldi

Elon Musk, Big Falcon Rocket raket sisteminin adını dəyişmək qərarına gəldi

Texnologiya
20.11.2018 PAYLAŞIM

    SpaceX şirkətinin CEO-su Elon Musk, Big Falcon Rocket sisteminin yeni kosmik gəmisinin adını dəyişmək qərarına gəlib. Beləliklə Big Falcon Rocket sisteminin yeni kosmik gəmisinin adı Starship adlanır. Daha dəqiq desək, Starship kosmik gəminin bir hissəsinin adı olacaq. Starship kosmik gəmisini kosmosa göndərəcək raket sisteminin adı isə Super Heavy olacaq. “BFR sisteminin adının Starship-ə dəyişdirilməsi. Texniki tərəfdən burda iki hissə var: Starship raket sisteminin kosmik gəmisi hissəsidir. Super Heavy isə Yer kürəsinin cazibə qüvvəsini keçməyə kömək edəcək raket sisteminin adıdır” – deyə Musk bildirib

    İstifadəçilərdən biri qeyd edib ki, kosmik gəmi digər ulduz sisteminə səyahətə göndərilməyənə kimi o, Starship adlana bilməz. Musk isə buna cavab olaraq bildirib ki, kosmik sistemin növbəti versiyası bu tapşırığın öhdəsindən gələcək. BFR sistemi planetlərarası kosmik gəmi sistemidir. Gələcəkdə o, şirkətin Falcon 9Falcon Heavy raketlərini əvəz edəcək. Qeyd etmək lazımdır ki, sözügedən raket sisteminin uzunluğu 118 metrdir və o, kosmosa 100 ton ağırlığında faydalı yük daşımaq qabiliyyətinə sahibdir. BFR sisteminin yaradılmasına hələ təzəcə start verilib. Lakin buna baxmayaraq SpaceX şirkəti artıq Ay ətrafı ilk turistik uçuş müqaviləsini bağlayıb. Belə ki, 2023-cü ildə yaponiyalı milyarder Yusaku Maezawa BFR sistemi vasitəsilə ilk turistik uçuşu reallaşdıracaq.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×