Reklam
Elon Musk büdcəli Tesla elektromobili istehsal etməyi planlaşdırır

Elon Musk büdcəli Tesla elektromobili istehsal etməyi planlaşdırır

Texnologiya
29.08.2020 PAYLAŞIM

    Model 3 hal hazırda Tesla şirkətinin ən ucuz elektromobil modelidir. Belə ki, 350 km yol qətt etməyi və 5.6 saniyə ərzində 100 km sürət yığmağı bacaran Model 3-ün standart versiyası 35.000$-a satılır. Elon Musk-ın fikrincə Tesla-nın elektromobillərinin yüksək qiymət göstəriciləri şirkətin inkişafını ləngidir. Buna görə də o bildirib ki, daha büdcəli elektromobil istehsal etmək niyyətindədir. Bu barədə Slashgear saytı xəbər verib. İnvestorlar və analitiklər ilə görüş çərçivəsində Musk qeyd edib ki, Tesla elektromobilləri yetəri səviyyədə əlçatan deyil.

    Onun fikrincə bu öz növbəsində şirkətin inkişafını ləngidir və müxtəlif qiymət kateqoriyalarındakı mövqelərini bərkitməyə imkan vermir. “Biz, avtomobilləri əlçatan etməsək, öz missiyamızda uğura imza ata bilməyəcəyik. Məni ən çox narahat edən odur ki, bizim avtomobillərimiz yetəri qədər əlçatan deyil. Biz bu məsələni düzəltməliyik” - deyə Musk qeyd edib. Musk əmindir ki, onlar Model 3-dən daha ucuz qiymətə satılacaq elektromobil istehsal etmək potensialına sahibdirlər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×