
Elon Musk-ın “The Boring Company” şirkəti tərəfindən hazırlanmış odpüskürənlərin ön sifarişlərinə start verilməsindən bir neçə gün sonra şirkətdə olan 20.000 odpüskürənin hamısı satıldı.
Qiyməti 500$ olan bu odpüskürən təqribi olaraq 100 saat ərzində Musk-a 10 milyon dollar gəlir gətirdi. Musk bildirib ki, cihazları ön sifariş etmiş şəxslər onları yaz fəslində əldə edəcəklər. Bununla yanaşı o etiraf edib ki, odpüskürənin qiymət göstəricisi bir qədər yüksək olub və əlavə edib ki, buna oxşar cihazı digər yerlərdən daha ucuz qiymətə əldə etmək mümkündür.
O həmçinin qeyd edib ki, odpüskürən alıcılara pulsuz yanğınsöndürən ilə çatdırılacaq. Cihazın satışından əldə olunmuş vəsait isə “The Boring Company” şirkətinin Los Ancelesdəki yeraltı tunnellərin tikilməsinin maliyyələşdirilməsinə yönələcək. Bu kampaniya bir növ şirkət üçün əlavə vəsaitlərin yığılmasını özündə əks etdirib.