Elon Musk General Motors'un bir neçə zavodunu almaq niyyətindədir

Elon Musk General Motors'un bir neçə zavodunu almaq niyyətindədir

09.12.2018 PAYLAŞIM

    Tesla şirkətinin icraçı direktoru Elon Musk General Motors şirkətinin bir sıra zavodlarının alınmasını istisna etmir. “Əgər hansısa zavodlardan biri satılsa ola bilsin ki, biz buna maraq göstərək” – deyə Musk bildirib. Bir neçə müddət bundan öncə General Motors şirkətinin icraçı direktoru Mary Barra Şimali Amerikada 5 zavodun bağlanması və işçi sayının 14700 nəfərə kimi endirilməsi planlarını açıqlamışdı. Mary Barra sözügedən zavodlardan bir neçəsinin işlək vəziyyətdə qalması üçün böyük təzyiq altındadır. O həmçinin elektromobillərin istehsalı üçün əlavə vəsait mənbələrinin də cəlb olunacağını bildirmişdi.

    Musk isə elektromobil istehsalı sahəsində sağlam rəqabəti çox yüksək qiymətləndirib. “Tesla şirkətinin əsas mənası elektromobillərin, dayanıqlı nəqliyyatın olduqca sürətli şəkildə ortaya çıxmasında və ətraf mühitə kömək etməkdədir. Bu, insanlığın qarşılaşdığı ən ciddi problemdir" - deyə Musk bildirib. Tesla şirkətinin elektromobil istehsalı üçün nəzərdə tutulmuş texnologiyalarının patentləri tam açıq şəkildə təqdim olunur. Yəni onlar open source xarakteri daşıyırlar. İstənilən digər avtomobil istehsalçısı onlardan istifadə edərək öz elektromobil modellərini yarada bilər. “Əgər Tesla şirkətindən daha yaxşı elektromobil istehsal edən bir şirkət yaransa və bu səbəbdən biz öz məhsullarmızı sata bilməyib iflas olsaq, düşünürəm ki, hər ehtimalda bu, dünya üçün yaxşı olacaq” – deyə Musk bildirib.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×