
Elon Musk hamını məyus edəcək etirafı etdi (VİDEO)
Elm & Texnologiya
15.10.2017
Emil
Elon Musk özünün Twitter səhifəsində etiraf edib ki, benzinlə çalışan iki avtomobilə sahibdir.
Birinci avtomobili ona dostu
bağışlayıb. İkinci avtomobil isə onun birinci sevgisidir.
“Mənim benzinlə çalışan iki avtomobilim var. Onlardan biri Model T, digəri isə Series 1 ’67 E-type Roadster-dir. Mənim ilk sevgim” – deyə Musk öz tweet-də qeyd edib.
Musk, Ford Model T və Jaguar Series
1 1967 E-type Roadster avtomobillərini nəzərdə tutur. Görünür Musk öz ilk
sevgisini məhz Jaguar Roadster modelini adlandırır. Forbes ilə müsahibəsində o
bildirib ki, sözügedən avtomobil modelini öz karyerasının ilk başlarında
alıb. Belə ki, onun 17 yaşı olanda klassik kabrioletlər üçün olan jurnalda məhz
bu model onun çox xoşuna gəlib.
“Mən onların hamısına baxmışdım və mənim ən çox xoşuma gələn model də məhz E-type Jaguar olmuşdu. Mən özümə dedimki əgər günlərin birində mən bu cür avtomobili ala bilsəm, onda bu həmin avtomobil olacaq. Buna görə də mən onu aldım” – deyə Musk bildirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
