main-post-cover

    Elon Musk hər 72 saat ərzində 1 ədəd Starship raketi istehsal etməyi planlaşdırır

    Elm & Texnologiya
    16.03.2020
    Farid Pardashunas
        SpaceX şirkəti Texasdakı Boka Çika kəndində yerləşən fabrikdə Starship raketinin irimiqyaslı istehsalını edəcək. Bu istiqamətdə şirkət fabrik əməkdaşlarının sayını iki dəfə artırmağı və istehsalat prosesini gecə-gündüz aparmağı planlaşdırır. Bu barədə Hightech.plus saytı xəbər verib. SpaceX çirkətinin CEO-su Elon Musk əmindir ki, Starship kosmik gəmisi suborbital kosmik gəmi qismində kommersiya uçuşlarında istifadə olunacaq. Bunun yolunda o, 2021-ci ilə kimi hər şeyi hazır etməyi planlaşdırır.
        Bundan əlavə olaraq gələn il Starship-in Aya uçuşu reallaşdırılmalıdı. Həmin uçuşdan 1-2 il sonra isə ilk idarə olunan uçuşun baş tutacağı gözlənilir. Keçən ilin sentyabr ayında ilk dəfə Starship layihəsini təqdim edən zaman Musk qeyd etmişdi ki, ilk orbital uçuş yarım il ərzində baş tutacaq. Starship raketinin prototipi olan SN1 test uçuşu çərçivəsində 20 km hündürlüyə qalxmalı idi. Lakin 1 mart tarixində keçirilmiş test nəticəsində SN1 prototipinin gövdəsi partladı. Bunun baş verməsinin əsas səbəbi isə raketin yanacaq çənlərinin maye azotla doldurulması oldu.
        Bu hadisənin Musk-ın planlarına necə təsir edəcəyi bilinmir. Lakin buna baxmayaraq SpaceX şirkəti SN2 adlı ikinci raket prototipinə sahibdir və onun testlərdən keçirilməsi üçün artıq işlərə start verilib. Musk-ın özü də Texasdakı fabrikdə öz mühəndisləri ilə birlikdə daha çox vaxt keçirir. Lakin onun məqsədi Starship kosmik gəmisini inşa etmək deyil. Onun əas məqsədi bu cür raketlərin irimiqyaslı istehsalına start verməkdir. “İstehsalat nəyinsə bir ədəd modelini təqdim etməkdən minimum 1000% daha qəlizdir” - deyə Musk qeyd edib.
        Qeyd etmək lazımdır ki, 2017-2018-ciillərdə o, Tesla zavodlarında Model 3 elektromobilinin istehsalatı ilə bağlı böyük problemlər ilə qaşrılaşmışdı. İndiki vaxtda isə Tesla-nın zavodlarında həftədə 10.000 ədəd elektromobil istehsal olunur. Musk bu cür konsepsiyanı raket istehsalında da tətbiq etməyi planlaşdırır. Artıq bu ilin sonuna kimi Musk həftədə 1 ədəd Starship raketinin istehsalı göstəricisinə çatmaq istəyir. Əsas məqsəd isə hər 72 saat ərzində 1 Starship raketinin istehsalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər