Reklam
Elon Musk ikinci nəsil Starlink peykləri barəsində məlumat verib (VİDEO)

Elon Musk ikinci nəsil Starlink peykləri barəsində məlumat verib (VİDEO)

Texnologiya
01.06.2022 PAYLAŞIM

    Everyday Astronaut adlı Youtube şou çərçivəsində Elon Musk Starlink üçün nəzərdə tutulmuş ikinci nəsil peyklər barəsində məlumat verib. Onun sözlərinə əsasən ikinci nəsil peyklər daha böyük və güclü olacaqlar. Onların əsas məqsədləri isə planetin ucqar nöqtələrini internet şəbəkəsi ilə təmin etmək olacaq. Musk bildirib ki, SpaceX artıq ilk Starlink 2.0 peykini hazırlayıb. İkinci nəsil peyk 7 metr uzunluğa və 1.25 ton ağırlığa sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil Starlink peykinin çəkisi cəmi 260 kq təşkil edir. “Hər bir peykin neçə bit məlumat ötürə biləcəyini təsəvvür edin. Faydalı məlumatlar baxımından Starlink 2.0 peyki Starlink 1.0-dən qat-qat yaxşıdır” - deyə Musk qeyd edib.


    Peyklərin çəkilərində olan artım kosmik logistika baxımından onları daha qəliz yükə çevirir. Birinci nəsil Starlink peykləri Yer kürəsinin aşağı orbitinə Falcon 9 raketi vasitəsilə göndərilir. Lakin Starlink 2.0 peyklərinin öhdəsindən Falcon 9 gələ bilməyəcək. “Falcon 9 raketi Starlink 2.0-ın aşağı orbitə göndərilməsi üçün lazımi imkanlara sahib deyil. Əgər biz hətta Starlink 2.0-ın ölçüsünü kiçiltsək də Falcon 9 onu kosmosa göndərə bilməyəcək” - deyə Musk qeyd edib. İkinci nəsil Starlink peyklərinin hazırlanması onu göstərir ki, SpaceX şirkəti hazırlanan ağır Starship raketinə ümid bəsləyir. SpaceX şirkətinin sözügedən raketi hələ də hazırlanma mərhələsindədir və onun orbital uçuş testi dəfələrlə təxirə salınıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×